Marneuli Uşaq Bağçaları Birliyi sədrinin rəhbərinin sözlərinə görə,
bağçalara ət alınması üçün müqavilə artıq bağlanıb. Şirkət məhsulu
bu gün və ya sabah təqdim edəcək.
Marneuli bağçalarında artıq bir neçə həftədir ət yoxdur. Ancaq
menyuda qeyd olunub. Marneulili valideyn, Nona Samxaradze 13
oktyabrda, “Facebook”-da paylaşım etmişdi və valideynlər ona şəxsi
mesaj vasitəsilə bağçalarda qeyri-müvafiq qida rasionu barədə
yazmışdılar. Hirslənmiş valideyn yardım məqsədilə hüquq müdafiə
təşkilatı nümayəndələrinə müraciət edib.
Bu problemlə bağlı bağça müəllimləri də “Marneuli” radiosuna
müraciət ediblər. Onlar bildirirlər ki, bağça menyusunda ət qeyd
olunub, ancaq real olaraq uşaqlara ət verilmir.
14 oktyabr tarixində, Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmov
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bağçalara təcili
surətdə,18 oktyabr tarixində ət veriləcək. Ancaq bağçalara hələ də
ət verilməyib.
Marneuli Uşaq Bağçaları Birliyi 22 oktyabr tarixində
sadələşdirilmiş müqavilə bağlayıb. Müqaviləyə əsasən, birlik ət
almaq üçün 15 312 lari ödəyəcək.
Zaur Kərəmovun sözlərinə görə, bağçalara 26-27 oktyabr tarixində ət
veriləcək.