Qırmızıkəndin gəncləri TDU və Milli Muzeyə səfər ediblər
30 noyabr tarixində, Qırmızıkəndin gəncləri Tbilisi Dövlət Universitetinə və Gürcüstan Milli Muzeyinə səfər ediblər. Marneulili gənclərin səfəri gender zorakılığına qarşı 16 günlük kampaniya çərçivəsinə baş tutub.

Mülki Məşğulluq Mərkəzləri Şəbəkəsinin “Facebook” səhifəsində yayımlanan məlumatda qeyd olunduğuna görə, bu kimi səfərlər mühümdür. Çünki bu gün Qırmızıkənddən Gürcüstanın ali təhsil müəssisələrində yalnız iki nəfər qız təhsil alır.

“TDU-Uşaq Universiteti” çox sayda maraqlı və maarifləndirici tədris proqramını birləşdirir. Bu proqram hər bir ictimai və özəl məktəb şagirdinə əlçatandır və pulsuzdur. Şagirdlərin universitetin tarixi birinci korpusuna səfər etmək, təhsil ocağının təsis edilməsi tarixi ilə, və bu məkanda yerləşən muzey, kitabxanalarla tanış olmaq imkanı var. Yuxarı sinif şagirdlərinin bakalavr proqramları, tələbəlik həyatı və etnik azlıqlar üçün yaradılmış 1+4 proqramı barədə məlumat almaq şəraitləri var”,
– Mülki Məşğulluq Mərkəzləri Şəbəkəsinin bəyanatında qeyd olunub.

Qırmızıkənd gənclərinin səfəri “Gənclər sosial dəyişikliklər üçün” layihəsi çərçivəsində planlaşdırılıb. Layihəni “Mülki Məşğulluq Mərkəzləri Şəbəkəsi” “Gürcüstanda qadın və qızlara zorakılığa qarşı” proqramı çərçivəsində həyata keçirir. Layihə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin qadın təşkilatı (UN Women) tərəfindən, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია