Marneulidə koronavirusa görə bir məktəb bağlanıb
6 dekabra olan statistikaya görə, Marneuli bələdiyyəsində koronavirusa görə şəhərin 2 saylı ictimai məktəbi tamamilə onlayn rejimə keçib.

Resurs Mərkəzin nümayəndəsi İram Davadzenin sözlərinə görə, Kosalı ictimai məktəbi, eləcə də şəhərin 7 və 8 saylı məktəblərinin ayrı sinifləri onlayn rejimdə təhsil alır.

“İndiki mərhələdə bir təhsil müəssisəsi, üç məktəbin ayrı sinifləri tam bağlanıb və onlayn rejimə keçib. Qeyd olunan məktəblərdə ümumilikdə altı pedaqoq və üç şagird virusa yoluxub”
- Marneuli Resurs Mərkəzindən bildiriblər.

İrma Davadzenin sözlərinə görə, tamamilə onlayn rejimə keçmiş Marneuli 5 saylı ictimai məktəbi bu gündən təhsili sinif otaqlarında davam etdirəcək.

Marneuli bələdiyyəsi miqyasında ümumilikdə, 74 ictimai və iki özəl məktəb fəaliyyət göstərir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია