Həvəskar futbolçuların nəzərinə – 2022-ci ilin "Həvəskarlar Kuboku" çempionatına start verilir
Gürcüstan Həvəskarlar Futbol Assosiasiyası və Gürcüstan Futbol Federasiyası, Gürcüstan Futbolunun İnkişafı Fondu və Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə birgə 2022-ci il “Həvəskarlar Kuboku” çempionatına start verir.

Bu barədə məlumat “Marneuli” meriyasının rəsmi səhifəsində paylaşılıb.

Çempionatda 16 yaşdan başlayaraq arzu edən şəxslər iştirak edə bilər. Çempionatda iştirak edən komanda ərizəyə ikisi qapıçı olmaqla ən azı 16-30-dan çox olmayaraq oyunçu daxil etməlidir..

Komandada komandanın məşqçisi və ya oyunçusu olmasına icazə verilməyən nümayəndə də olmalıdır.
Məlumat üçün bildirək ki, “Həvəskarlar Kuboku” bütün ölkə ərazisində keçirilən rəsmi milli futbol çempionatıdır və Avropa futbolunun rəhbər orqanı olan “UEFA” tərəfindən tanınır.

Qeyd: Çempionatda iştirak etmək istəyənlər doldurulmuş ərizə formasını This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it e-mail ünvanına göndərməlidirlər.

Əlaqələndirici şəxs: Təhsil, Mədəniyyət, İdman və Gənclərlə İş şöbəsinin mütəxəssisi - Davit Nazğaidze.

Tel: 595-96-14-23; 595-96-87-77

Ərizələrin qəbulu üçün son tarix 31 maydır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google