“Bütün gözlənilməz hallara görə nazir özü məsuliyyət daşıyır”, – Samirə Bayramova Daxili İşlər Nazirliyini ona qarşı həyata keçirilmiş hədələmə faktına vaxtında reaksiya göstərməyə çağırır
Marneulili mülki fəal Samirə Bayramova Daxili İşlər Nazirliyini ona qarşı həyata keçirilmiş hədələmə faktı ilə bağlı effektiv istintaq aparmağa çağırıb. Bayramova sosial şəbəkədə müraciət paylaşıb və bildirib ki, iki aydan artıqdır, polislər ona qarşı həyata keçirilmiş hədələmə faktı ilə bağlı yalnız bir nəfərin ifadəsini alıblar. Həmin şəxs isə hədələməyə baxmayaraq, yenidən azadlıqdadır.

“Alt-info və Konservantlar Hərəkatı”-nın hadisəsi ilə bağlı hədələmə, təhqir etməklə əlaqədar 10-a yaxın şəxslə bağlı şikayət verdik. Eləcə də, hədələmə və 50-yə yaxın şəxsin öz səhifəsində paylaşdığı ultimatum videosu ilə bağlı ayrı-ayrı şikayət təqdim etdik.

Bu iki ay ərzində onlar qalan şəxslərin kimliyini müəyyən edə bilmədilər. Adi şəkildə, DİN və DTX kimin gecə kimdə qaldığını bilirlər, ancaq onların kimliyini müəyyən edə bilmədilər? Bəlkə həmin adamlardan hansısa DİN-nin əməkdaşlarının qonşusu, qohumu və ya yaxınıdır?”
- Samirə Bayramova bildirdi.

Samirə Bayramova artıq iki aydır ki, Gürcüstan Prokurorluğunun xüsusi müdafiə tədbirinə qoşulub. Bayramova bir aydan sonra proqramı tərk edəcək. Ancaq qorxur ki, proqram başa çatdıqdan sonra ona qarşı deyilən hədələməni həyata keçirsinlər. O, bildirir ki, xüsusi müdafiə proqramına davam etməyəcək, çünki DİN-in işi araşdıracağına ümid edirdi, amma belə olmadı. Gələcəkdə ona qarşı həyata keçirilə biləcək hücuma görə, məsuliyyəti Daxili İşlər naziri Vaxtanq Qomelaurinin öhdəliyinə qoyur.

“Hamı Alt-İnofnu və Konservativ Hərəkatı kimin idarə etdiyini bilir. İnternet məkanında onların dəstəkçiləri ilə birlikdə DTX-nın sədri və Dİ nazirinin şəkli də var. Mən isə təklif edirəm, “gürcülərin və Gürcüstanı müdafiə edən iki qəpiklik xəyanətkarların” azadlığını xilas etmək üçün dəli vəsiqəsi götürün, işi bağlayın, ancaq heç olmasa, dəlixanaya göndərin ki, biz bayırda normal həyatımıza davam edə bilək. Sizin kilsədən və Rusiyadan qorxmanızı tam başa düşürəm. Bu təbiidir, ancaq əhalinin əksəriyyəti birlik, dövlətin firavanlığı üçün bütün zərərli qüvvələrə qarşı çıxmağa hazırdır. Ancaq sizin gözünüzdə həmin qrup deyil, biz düşmənik. Bütün bunlara baxmayaraq, biz ölkəmizə və dövlətimizə kömək etməyə hazırıq. Çünki bu ölkə bizimdir, kimlərinsə deyil!”
– Samirə Bayramova qeyd edib.

“Marneuli” radiosu Samirə Bayramovaya qarşı həyata keçirilmiş hədələmə faktı ilə bağlı işin hansı mərhələdə olması barədə hələ də Daxili İşlər Nazirliyindən cavab gözləyir.

Samirə Bayramova 15 mart tarixində “Alt-İnfonun” dəstəkçilərindən birinin ona öldürməklə bağlı hədə məzmununda mesaj göndərməsindən sonra polisə müraciət edib.

Samirə Bayramova “Alt-infonun” təsis etdiyi “Konservativ hərəkat” partiyasının Marneulidəki ofisinin divarını boyadıqdan sonra, sosial şəbəkədə mülki fəala qarşı hədələmə və təhqiredici şərhlər edilir. Samirə Bayramovaya bir neçə nəfər hədə-qorxu məzmunlu mesaj da göndərib.

Gürcüstan Daxili İşlər Nazirliyi Samirə Bayramovaya qarşı həyata keçirilmiş hədələmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə istintaqa başlayıb. Həmin maddə ölümlə, yaxud sağlamlığa zərər vurmaqla hədələməni nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google