Çexiyada keçiriləcək festivala getmək üçün Marneuli Mədəniyyət Mərkəzi 34 000 lari dəyərində tender elan edib
Marneuli bələdiyyəsinin Mədəniyyət, Klub, Kitabxana və Muzey Birliyi təyyarə biletlərinin alınması üçün tender elan edib. Tender təklifinə görə, Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “İberia” xoreoqrafik ansamblı XXXIII beynəlxalq folklor, rəqs və musiqi festivalına dəvət olunub. Festival “Praqa ulduzu 2022” adlanır.

Bunun üçün ansamblın 31 üzvü Praqaya getməlidir.

Marneuli Mədəniyyət Mərkəzi “İberia” ansamblının 31 üzvü üçün biletlərin və baqajın alınması üçün 34 000 lari dəyərində tender elan edib.

“31 rəqqas üçün növbəti istiqamətlərdə təyyarə biletlərinin alınmasına ehtiyac var:

Uçuş istiqaməti: 06.08.2022-ci il, Kutaisi-Vyana,
Qayıtmaq: 12.08.2022-ci il, Praqa-Kutaisi.

Baqaj üçün 6 ədəd yük (hər biri 32 kq). Baqajda rəqqasların səhnə-xoreqorafik kostyumları nəzərdə tutulub”,
– Mədəniyyət Mərkəzinin elan etdiyi tenderdə qeyd olunub.

Marneuli Mədəniyyət Mərkəzi tərəfindən elan edilmiş tenderdə iştirak etmək istəyən şirkətlər 30 maydan 1 iyuna qədər təkliflərini göndərə bilərlər.

Qeyd edək ki, Mədəniyyət Mərkəzinin, Marneuli Bələdiyyə Məclisinin qərarı ilə, 13 may tarixində büdcə 65000 lari dəyərində artırılıb. Bələdiyyə Məclisinin iclasında Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov qeyd edib ki, Mədəniyyət Mərkəzinə ayrılmış pulun bir qismi “İberia” ansamblının nəqliyyat xərclərinə ayrılıb. Bir qismi isə planlaşdırlımış fəaliyyətə və mövcud ehtiyaclara xərclənəcək.



Print ელ. ფოსტა
FaceBook Twitter Google