Marneulidə 20 metrlik bayraq ucaldılıb
Marneuli yerli özünüidarəsi şəhərin girişində 26 may Müstəqillik Günü münasibətilə 20 metrlik bayraq ucaldıb. Marneuli yerli özünüidarəsi bayrağın ucaldılması ilə bağlı qərarı Bələdiyyə Məclisinin 28 aprel tarixində baş tutmuş iclasında qəbul edib.

Marneuli meriyası bayrağı sadələşdirilmiş qaydada alıb.

20 metr hündürlüyündə bayraq Marneuli şəhərinin girişində, “Gürcüstan hər şeydən öncə” lövhəsinin ərazisində yerləşdirilib. Bələdiyyə bayrağın ucaldılması üçün 13 585 lari xərcləyib.

Bayrağın ucaldılmasından başqa, Marneulidə müstəqillik günü ilə əlaqədar müxtəlif tədbirlər keçiriləcək. Tədbir saat 14:00-da başlayacaq.

• Musiqili və teatr nümayişləri;
• Tarixi sərgilər;
• Gürcü xalq ənənələri guşələri;
• İdman fəaliyyətləri;
• Müsabiqələr, uşaq tamaşaları və şoular;
• Saat 17:10-da bayram tədbirinin qeyd olunması;


Axşam yekun konserti:

“Alilo” ansamblının,”Rezo və Uşaqlar” qrupunun çıxışı

26 may tarixində Gürcüstan Müstəqillik Gününü qeyd edir. Bu önəmli bayram öz mənbəyini 1918-ci ildən götürür.

Print ელ. ფოსტა
FaceBook Twitter Google