Marneuli özünüidarəsinin hesabatlılığı və əhalinin iştirakı 2021-ci ildə yaxşılaşmayıb
Yerli özünüidarənin fəaliyyətində əhalinin iştirakı demokratik və inkluziv idarəçiliyin mühüm komponentlərindən biridir. Yerli və ya mərkəzi hakimiyyəti seçmiş əhalinin problemlərinin həlli tələbi ilə inzibati orqana müraciət etmək hüququ var.

İnfrastruktur layihələri, tibbi və sosial yardım, büdcənin planlaşdırılmasında iştirak – bunlar vətəndaşın meriya ilə ünsiyyət qurmaq, öz fikrini bildirmək hüququnun olduğu istiqamətlərin qısa siyahısıdır.

“Marneuli” radiosu Marneuli sakinlərinin yerli özünüidarə ilə nə dərəcədə ünsiyyətinin olması ilə maraqlandı. Apardığımız sorğu zamanı Marneuli sakinlərinin əksəriyyəti bildirir ki, yerli özünüidarə ilə yalnız tibbi yardım almaq məqsədi ilə ünsiyyətləri olub.

Bələdiyyələrin ictimai məlumatı praktiki olaraq yayımlamasını, elektron idarəetmə və vətəndaşların iştirakının, hesabatlılığı əhatə edən Gürcüstan bələdiyyələrinin vahid milli qiymətləndirməsinin 2021-ci il göstəricisinə görə, etnik azlıqların məskunlaşdığı regionlarda – Axalkalaki, Ninotsminda, Tsalka, Bolnisi, Dmanisi, Marneuli və Qardabanidə yerli özünüidarə indeksinin ümumi orta göstəricisi 21% təşkil edir. Bu isə qalan bələdiyyələrdən 8% geri qalır. Qalan 57 bələdiyyənin orta göstəricisi isə 29% təşkil edir. Yaxşılaşma göstəricisi isə 2017-ci ilin qiymətləndirməsindən hesabat yayımlanana qədər digər bələdiyyələrdən təxminən 4 dəfə aşağıdır.

Qeyd edək ki, Marneuli yerli özünüidarəsinin indeksi 22% təşkil edir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია