Leykemiyadan əziyyət çəkən uşağa yardım etmək üçün Maradisidə gül festivalı keçiriləcək
29 may tarixində Marneuli bələdiyyəsinin Maradisi ictimai məktəbinin Ekologiya Klubunun təşkilatçılığı ilə gül festivalı keçiriləcək. Festival xeyriyyəçilik məqsədi daşıyır.

Maradisi ictimai məktəbinin Ekoloji Klubunun rəhbəri Lamara Bolkvadze bildirdi ki, festivaldan əldə edilən gəlir Tamarisidə yaşayan çoxuşaqlı, aztəminatlı ailəyə veriləcək. Ailə pulu leykemiyadan əziyyət çəkən uşağının müalicəsinə xərcləyəcək.

Tədbir saat 16:00-da başlayacaq. Qeyd olunan təhsil müəssisəsinin Ekoklubu indiyə kimi də xeyriyyə festivalları təşkil edib. Müəllim və şagirdlər bu məqsədlə illərdir, müxtəlif fəaliyyətlər həyata keçirirlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია