Tbilisi-Sadaxlı dəmiryolu hərəkətinin bərpa ediləcəyi vaxt hələ də məlum deyil
Sadaxlı-Tbilisi istiqamətində hərəkət edən qatarın hərəkəti pandemiyadan sonra bərpa olunmayıb. “Gürcüstan Dəmiryolundan” “Marneuli” radiosuna bildirdilər ki, marşrutun bərpa olunacağı vaxt hələ ki, məlum deyil. Dəyişikliklər olan halda isə ictimai məlumat verəcəklər.

Sadaxlı-Tbilisi qatarı gündə iki reys edirdi. Həmin qatardan dəmiryolu kənarında yerləşən yaşayış məntəqələrinin sakinləri istifadə edirdilər. Əksər adamlar üçün bu məhsulun Tbilisiyə aparıb satılması üçün yeganə imkan idi.

Qatarın hərəkəti koronavirus pandemiyasına görə fövqəladə vəziyyət elan edildikdən sonra dayandırıldı.

2022-ci ilin 15 iyunundan sonra bir neçə magistral istiqamətlərdə sərnişinlərin daşınması bərpa edilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები
დაიცავი დისტანცია