Meriyanın Maliyyə-Büdcə Şöbəsinin səlahiyyətlərini icra edən yeni şəxs təyin olunub
Marneuli meriyasının Maliyyə-Büdcə Şöbəsinin rəhbər səlahiyyətlərini icra etmək üçün Maia Naveriani təyin olunub. Bu barədə yerli özünüidarədən məlumatı təsdiq ediblər. Vüqar Məmmədov qeyd olunan xidmət rəhbəri vəzifəsində illər ərzində işləyirdi. Ancaq onun vəzifəsini meriyada aparılan islahatlar zamanı dəyişiblər. Məmmədov indi Marneuli meri Kənan Ömərovun köməkçisidir. Maia Naveriani isə bələdiyyənin Maliyyə və Müsahibat Uçotu - Hesabatlar Şöbəsində işləyirmiş.

Kənan Ömərov islahatlar barədə rəsmi açıqlama verməyib. O, “Marneuli” radiosuna bildirdi ki, “Bütün məlumatlar qısa zaman ərzində ictimaiyyətə aydın olacaq”.

Meriyanın vəzifəsini dəyişmiş xidmət rəhbərlərinin siyahısını sizə təqdim edirik. Qeyd edək ki, bu məlumatı “Marneuli” radiosu müxtəlif mənbələrdən əldə edib. Meriyadan isə məlumatı nə təsdiq, nə də təkzib edirlər.

Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman , Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin rəhbəri Qiorqi Meurmişvili təsdiq etdi ki, Hərbi Çağırış və Səfərbərlik Xidmətinin rəhbəri Vaja Şubitidzenin vəzifəsini tutub. Vaja Şubitidze isə (dəqiqləşdirilməmiş məlumata görə) Marneuli Bələdiyyə Məclisi sədrinin məsləhətçisi vəzifəsini tutub.

Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman , Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin yeni rəhbəri olaraq Nino Dekanoidze təyin olunub. O, Marneuli meriyasının İnzibati Xidmətinin rəhbəri idi. İnzibati Xidmətin rəhbəri vəzifəsini isə Mamuka Şubitidze yerinə yetirəcək.

Mənbədən verilmiş məlumata görə, meriyanın Nəzarət Xidmətinin rəhbəri Qela Mumladze də vəzifəsini tərk edib. O, Marneuli merinin köməkçisi olub.

Qeyd edək ki, bu vəzifəyə müsabiqə elan olunacaq və xidmətin yeni rəhbəri müsabiqə əsasında seçiləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google