Bələdiyyə Məclisinin iclası 20 oktyabrda keçiriləcək
Marneuli Bələdiyyə Məclisi Aparatının yayımladığı məlumata görə, Bələdiyyə Məclisinin iclası 20 oktyabr, saat 12-də planlaşdırılır.


Bələdiyyə Məclisi bələdiyyənin nümayəndəlik orqanıdır və Gürcüstan Üzvi Qanunu ilə “Yerli Özünüidarə Məcəlləsi”, həmin reqlamentlə müəyyən edilmiş səlahiyyətlərə uyğun olaraq bələdiyyənin inkişaf strategiyasını, əsas istiqamətləri, yerli özünüidarənin icra orqanına, vəzifəli şəxslərin fəaliyyətinə nəzarət edir, yerli əhəmiyyət daşıyan məsələlərlə bağlı qərar qəbul edir.

Bələdiyyə Məclisində iştirak etmək qaydası

1. Hər kəsin Bələdiyyə Məclisinin açıq iclaslarında iştirak etmək hüququ var.
2. Bələdiyyə Məclisinin qapalı görüşündə Gürcüstan prezidenti, Gürcüstan Parlamentinin üzvü, mer, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş hallarda Bələdiyyə Məclisində qeydiyyatdan keçmiş lobbiçi, eləcə də həmin iclasa xüsusi dəvət olunmuş şəxslər iştirak edə bilərlər. Bələdiyyə Məclisinin qapalı iclasında məsələnin müzakirəsi zamanı iclas zalında qapı bağlanır.
3. Bələdiyyə Məclisi iclasında iştirak edən şəxslərin Bələdiyyə Məclisinin üzvü üçün ayrılmış yerləri tutmaq hüququ yoxdur.
4. Bələdiyyə Məclisi iclası zamanı Bələdiyyə Məclisinin üzvləri və dəvət edilmiş şəxslər qeyd olunan reqlamentlə müəyyən edilmiş qaydalara əməl etməlidirlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google