Meriyada 2022-ci ilin büdcəsinin 9 aylıq hesabatı müzakirə edilib
7 noyabr tarixində Marneuli Bələdiyyə Məclisinin Maliyyə-Büdcə Komissiyasının iclası keçirilib. Meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri səlahiyyətlərini icra edən Maia Naveriani 2022-ci ilin büdcəsinin üç rübünün hesabatını təqdim edib. O, qeyd edib ki, cari ilin 9 aylıq faktiki gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 20% artıqdır.

“2022-ci ilin üç rübünə olan gösətricilərə görə, gəlirlər xərclərdən 881 146 lari artıq olub. Yəni, gəlirlər xərclərdən çox idi. Ümumilikdə maddi aktivlərin dəyişikliyi 3 086 568 lari təşkil edirdi. Ailə və uşaqlar, eləcə də xəstələr üçün nəzərdə tutulan sosial müdafiə proqramı – bunun üçün 2 375 000 lari ayrılmışdı və 1991 000 lari artıq üç rübün göstəricilərinə görə, xərclənib. Eləcə də aztəminatlı ailələrə birdəfəlik yardımlar edilir. Həmin maddədə üç rübün göstəriciləri ilə 648 301 lari xərclənib. 83% yerinə yetirilib. Ayin xidmətin maddəsində 1700 larimiz var. Burada müharibə veteranları və qaçqınların dünyasını dəyişdiyi halda birdəfəlik yardım nəzərdə tutulur”.

İclas başa çatan zaman komissiya üzvləri Maia Naverianidən büdcədə avtoparkın yenilənməsinin nəzərdə tutulub-tutulmadığını soruşublar. Maliyyə-Büdcə Xidmətinin rəhbər səlahiyyətlərini icraçısının sözlərinə görə, Marneuli meriyasının planında gələn il 4 yeni avtobus alınması var.

Qeyd edək ki, Marneuli Bələdiyyə Məclisi Komissiyalarının iclasları barədə məlumatın yayımlanmasına yeni başlanılıb. 4 noyabr tarixində, İctimaiyyət, QHT və Mətbuatla Əlaqələr, Gender Şöbəsinin rəhbəri İa Esebua “Marneuli” radiosuna bildirdi ki, Komissiya İclaslarının Yayımlanması, Açıqlığı Qanunu ilə nəzərdə tutulmuş öhdəlik bundan sonra yerinə yetiriləcək.


Print ელ. ფოსტა
FaceBook Twitter Google