“Yeni Düşüncə İnstitutu” Gürcüstanın təşəbbüskar icma mərkəzi olaraq birincilik qazanıb
9 noyabr tarixində “Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi” tərəfindən “İcma Liderlərinin Forumu” keçirilib.

Forumda iştirak edən “Yeni Düşüncə İnstitutu” münsiflər heyyəti tərəfindən seçilərək Gürcüstan miqyasında təşəbbüskar icma mərkəzi olaraq birincilik əldə edib.
Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “NTİ”-ın təsisçilərindən Kamran Əfəndiyev verdi.

Onun sözlərinə görə, görülən işlərin insanlar tərəfindən dəyərləndirilməsi qürurverici hissdir.

Bu çox dəyərli və ifadəsi çətin olan bir hissdir. Məsuliyyətimizi daha çox artırdı. İnsanların bizdən gözləntiləri var. Vətəndaş cəmiyyətini gücləndirmək üçün daha çoxçalışmalıyıq. Gördüyümüz işlərin insanlar tərəfindən belə yüksək qiymətləndirilməsi bizim üçün qürurvericidir”.

Əfəndiyev deyir ki, forumda 150-dən artıq QHT və donor təşkilatların nümayəndələri, media işçiləri, fəallar və digər maraqlanan gənclər iştirak ediblər.
Forumun sonunda “Yeni Düşüncə İnstitutu” birincilik əldə etdiyinə görə, Kamran Əfəndiyevə pul və digər mükafatlar təqdim olunub.

Məlumat üçün bildirək ki, baş tutan forumda Gürcüstanın bütün regionlarında fəaliyyət göstərən İcma Mərkəzlərinin liderləri iştirak edərək öz təşəbbüs və ideyalarını bir-biri ilə və eləcə də iştirakçılarla bölüşüblər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google