Marneulidə fiziki imkanları məhdud olan böyüklərin gün mərkəzinə qəbulu başlayıb
Fiziki imkanları məhdud olan böyük şəxslərin Marneuli gün mərkəzinə
qəbulu başlayıb. Bu bələdiyyə miqyasında 18 yaşdan yuxarı olan
fiziki imkanları məhdud olan şəxslərin yerində xüsusi xidmətlərdən
faydalana biləcəyi ilk müəssisədir.
Mərkəz “Uşaq, ailə, cəmiyyət” təşkilatı tərəfindən, Qızılhacılının
1 saylı ictimai məktəbində fəaliyyət göstərir və indiyə qədər 0-dan
7 yaşa, 7 yaşdan 18 yaşa qədər olan şəxslərə xidmət göstərirdilər.
Gün mərkəzinin proqram üzrə meneceri Fidan Əsgərova “Marneuli”
radiosuna bildirdi ki, 18 yaşdan yuxarı olan iki benefisiar artıq
gün mərkəzi üçün vauçer götürüb.
“Yüz forma, fiziki imkanları məhdud olan şəxsin
statusunu təsdiq edən arayış, şəxiyyət vəsiqəsinin surəti və əgər
18 yaşdan aşağıdırsa, doğum şəhadətnaməsinin surəti mütləq
vacibdir. Bunların hamısını Sosial Xidmət Agentliyinə
aparmalıdırlar ki, orada qeydiyyatdan keçsinlər. Daha sonra artıq
vauçer gəlir və həmin vauçer əsasında proqrama qoşulurlar. 18
yaşdan aşağı olan adamlarla akademik bacarıqlar üzərində də
işləyirik. Çünki məktəbə qoşulublar, bu baxımdan benefisiarları
gücləndiririk. Amma 18 yaşdan yuxarı daha fəaliyyət bacarıqlarına
diqqət yetiririk ki, bu adamları daha çox sosial mühitə qoşaq, daha
ços müstəqil olsunlar. Burada psixoloq, xüsusi müəllim, loqoped,
nitq terapevtinin xidməti olacaq. Eləcə də müxtəlif terapiyalar var
– məsələn, art və mus terapiya. Bunlar hamısı bu xidmət fəaliyyət
başlayanda olacaq”.
“Ailə, Uşaq, Cəmiyyət” faktiki olaraq, 8 il əvvəl Marneulidə fiziki
imkanları məhdud şəxslərlə işləməyə başlayan ilk təşkilatdır. Gün
mərkəzində hazırda 7-dən 18 yaşa qədər 19 benefiiar var.
“2015-ci ildən təşkilat işləməyə başlayıb. 2013-cü
ildən ehtiyacları araşdırmaq üçün müəyyən araşdırmalar aparırdılar.
2015-ci ildən USAİD-in proqramı çərçivəsində sensor pozuntuları
olan uşaqlarla işləməyə başlanıldı. Sonradan erkən inkişaf proqramı
əlavə olundu. Bu 0-dan 7 yaşa qədər fiziki imkanları məhdud oaln,
eləcə də risk altında olan uşaqlardır. Həmin uşaqlara əsas xidmət
evdə göstərilir. Erkən inkişaf mütəxəssislərinin əsas məqədi
ailəni, valideyni gücləndirmək, onları uşaqlarının imkanlarında,
ehtiyacından irəli gələrək fəallaşdırmaq və ya məlumatlarını
artırmaqdır. 2020-ci ildən isə artıq gün mərkəzi proqraımımız var.
Buraya 7-dən 18 yaşa qədər benefisiarlar
qoşulub”.
Fidan Əsgərovanın sözlərinə görə, məlumat baxımından da problemlər
var. Ancaq onlar çalışırlar ki, müxtəlif qurumlarda, eləcə də tibb
sahəsi nümayəndələri ilə görüşlər keçirsinlər.
“Xidmətlər və proqramlar ümumiyyətlə olmayanda, məlumat
yaymaq çox çətin idi. Meriyada, ayrıca valideynlərlə və kənd
həkimləri ilə görüşlərimiz olurdu. İndi artıq valideynlərin də
məlumatı var və onlar da başqa valideynlərlə məlumat
paylaşırlar”.
3 dekabr tarixində, dünyada beynəlxalq fiziki imkanları məhdud
şəxslər günü qeyd olunur. Bu günü məqsədi ictimaiyyətin inkişafının
bütün sahələrində fiziki imkanları məhdud şəxslərin hüquqlarının
qorunmasına həvəsləndirmək, eləcə də məlumatlandırma səviyyəsinin
artırılmasıdır.
Beynəlxalq fiziki imkanları məhdud şəxslər günü 1992-ci ildən, hər
il 3 dekabr tarixində qeyd olunur.