Marneuli meriyası yeni il işıqları üçün baş tutmayan tenderi sadələşdirilmiş qaydada alacaq
Marneuli meriyası tərəfindən şəhərin bəzədilməsi üçün elan edilmiş tender baş tutmayıb.

Yerli özünüidarə Marneuli şəhərində küçələrin bəzədilməsi/yeni il bəzəkləri-çilçıraqlarının alınması-quraşdırılması/mövcud olanların bərpa işləri (quraşdırılma-sökülməsi) dizayner xidməti ilə yanaşı alqı-satqılara 199 900 lari dəyərində tenderi 22 noyabr tarixində elan edib. Ancaq tenderdə heç kim iştirak etməyib.

Meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbər səlahiyyətlərini icra edən Maia Naveriani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, işləri sadələşdirilmiş qaydada alacaqlar.

“Sadələşdirilmiş qaydada müqavilə bağlanacaq. Agentlikdən icazə alacağıq. İndi artıq məktub göndərilib, yekun işlər aparılır və Alqı-satqı Agentliyinə göndəriləcək. Cavab güman ki, sabah bilinəcək və sonra qısa müddətdə sadələşdirilmiş qaydada müqavilə bağlanacaq”
– Maia Naveriani bildirdi.

Yeni il işıqlarının quraşdırılması planlaşdırılan məkanları təqdim edirik:
  • 26 may küçəsi – “Yenə də böyüyəcəklər” parkı
  • 26 may küçəsinin işıqlandırılması girişdən başladılsın, arka qurulsun
  • 26 may meydanına qədər işıqlandırılsın, dirəklərə çilçıraqlar quraşdırılsın
  • 26 may küçəsi meydandan sonra Qızılhacılı körpüsünə qədər işıqlandırılsın
  • Səməd Vurğun küçəsi tam, meydan Tsereteli döngəsinə qədər
  • Meriya binası, Mədəniyyət Evi
  • Rustaveli körpüsünə qədər
  • Körpüdən bazara qədər
  • Bazardan kanala qədər
  • Kanaldan Ata Holdinqə qədər
  • Ata Holdinqdən Nərimanov dairəsinə qədər
  • Nərimanov küçəsi
Qeyd edək ki, Marneuli meriyası 2023-cü ilin gəlişi ilə əlaqədar bir neçə tender elan edilib. Elan edilmiş üç tenderə görə, yeni il üçün yerli özünüidarə 360 650 lari ayırıb. Buradan 199 900 lari şəhərin işıqlandırılmasına, 65 600 lariyə sünii şam ağacının alınmasına, 85 150 lariyə isə tədbirin keçirilməsi üçün nəzərdə tutulub.


Print ელ. ფოსტა
FaceBook Twitter Google