Marneuli meriyası xəbər agentliyinə (İnterpressnews) onların
fəaliyyətini işıqlandırması üçün 4 980 lari ödəyib. Yerli
özünüidarə xidməti sadələşdirilmiş qaydada alıb.
“İnterpressnews” 2023-cü ildən meriyanın keçirdiyi tədbirləri
işıqlandırmaq öhdəliyi daşıyacaq. Eyni zamanda, ayda ən az 10 dəfə
elanlar yayımlayacaq. İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri
Davit Çikadze Marneuli meri Kənan Ömərova media vasitələrinə pul
ayrılması tələbi ilə müraciət edib.
“Xatırladım ki, yerli özünüidarə üçün bələdiyyədə planlaşdırılan və
keçirilən tədbirlərin, eləcə də infrastruktur layihələri, sosial
proqramlar, mədəni, idman tədbirləri və s. kimi mühüm tədbirlər
haqqında məlumatın yayımlanması prioritetdir. Əhalinin
məlumatlandırılması məqsədi ilə məlumat agentlikləri ilə sıx
əməkdaşlığı mühüm məsələlərdən biri hesab edirik. 2023-cü ilin
yanvar ayından dekabr ayına qədər məlumat agentliyi bələdiyyənin
verdiyi məlumatları öz veb-səhifəsində yayımlamalıdır. Bu bələdiyyə
üçün əlavə məlumat yayımlama aləti olacaq. Agentliklə əməkdaşlıq
çərçivəsində bələdiyyənin fəaliyyətinin, həyata keçirilən
tədbirlərin, eləcə də elan və başqa mühüm məlumatların hər ay, ayda
10 dəfə yayımlanması məqsədəuyğundur. Buradan irəli gələrək, xahiş
edirik, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi
üçün müvafiq xidmətə məsələnin müzakirə edilməsi haqqında tapşırıq
verəsiniz”, – izahatnamədə yazılıb.
Qeyd olunan xidmətin dəyəri ayda 415 laridir. Qeyd edək ki,
Marneuli meriyası məlumat yayımlaması üçün “İnterpressnews”-a
2022-ci ildə də pul ödəyib. Ancaq bu bələdiyyənin illik pul ödədiyi
yeganə media vasitəsi deyil.