Meriya avtomobil almaq üçün 51 000 lari dəyərində tender elan edib
Marneuli meriyası bir ədəd maşın almaq üçün 51 000 lari dəyərində tender elan edib.

Meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri səlahiyyətlərini icra edən Maia Naveriani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, maşını “Kənd suları” MMC-nin kəndlərdə monitorinq həyata keçirməsi üçün alırlar.

“Bu pikap maşını olacaq. “Kənd suları” MMC-nin monitorinq xidməti üçün alırıq. Kəndlərə gedəndə su sistemlərinin monitorinqi üçün lazım gəlir”,
– Naveriani bildirdi.

Tender sənədlərinə görə, avtomobilin bir neçə xüsusiyyəti belə olmalıdır:

  • Yanacaq tipi: dizel
  • Mühərrik həcmi: ən az 2,2-ən çox 3,0
  • Avtomobilin yük qaldırma gücü - ən az 1000 kq.
  • Kabina – ən az 6 sərnişin üçün nəzərdə tutulmuş (sürücü də daxil olmaqla)
  • Qapının sayı – 4 (dörd)
  • Sükan – sol, hidravlik gücləndirici ilə.
  • Rəng – ağ.

Təklif edilmiş avtomobil yeni olmalıdır. İstismarda olmamalıdır. Ən tez 2022-ci il buraxılışı olmalıdır. Avtomobili təqdim edən, avtomobil gətirilən kimi nəqliyyat vasitəsinin dövlət qeydiyyatını (dövlət nömrə nişanı, qeydiyyat vəsiqəsi) öz xərci ilə təmin etməlidir.

Tenderdə iştirak etmək istəyən şirkətlər 2-5 yanvar dövründə öz təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan 60 gün ərzində avtomobili meriyaya təhvil verməlidir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google