Meriya yeni il tədbirində “Gecə şousu qrupuna” 15 000 lari ödəyib
20 dekabr tarixində Marneulidə əsas yolkanın işıqları təntənəli şəkildə yandırıldı. Bələdiyyə bu il yeni yolkanı 69 000 lariyə alıb və meriyanın ərazisinə quraşdırıb. Bələdiyyə yeni ilin əsas atributunun işıqlarının yandırılması üçün tədbir təşkil etmişdi.

2023-cü ilin gəlişi ilə bağlı ilə elan edilmiş tender yeni il yolkası işıqlarının yandırılmasının bayram tədbirinin təşkil edilməsi xidməti ilə bağlı idi. Bələdiyyə 85 150 lari nəzərdə tutmuşdu və tenderdə beş şirkət iştirak edib. Tenderi Laşa Kvaratsxelia qazanıb.

O, yerli özünüidarəyə tədbiri 70 000 lariyə təşkil etməyi təklif edib.

Konsertdə mahnıları “Gecə şousu qrupu” (Qela Qnoidze, Babi Kirkitadze, Tamta Qorqobniani) ifa edib. Marneuli büdcəsindən onlara 15 000 lari verilib.

Qalan 55 000 lari isə müxtəlif xidmətlərə xərclənib. Məsələn, tamaşaçı qarşısında ən az 20 dəqiqəlik repertuarla çıxış edən qızlar qrupuna, eləcə də tədbirin aparıcıları, animatorlar, atəşfəşanlıq, dekorativ bəzəklər və s. üçün də pul nəzərdə tutulmuşdu.

Marneuli meriyası yolkanın alınması və onun işıqlarının yandırılması üçün nəzərdə tutulan tədbirə ümumilikdə, 139 000 lari xərcləyib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google