Marneuli meriyası 2023-cü ildə idman sahəsinin inkişafına 5 569 000 lari xərcləyəcək
Marneuli yerli özünüidarəsi 2023-cü il ərzində idman sahəsinin inkişafı üçün 5 569 000 lari xərcləyəcək.

Marneulinin 2023-cü il büdcəsində idman sahəsinin inkişafına ayrılmış məbləğ üç proqrama bölünəcək. Həmin proqramlar idman müəssisələrinə dəstək, idman tədbirləri və idman obyektlərinin təminatı, bərpası, inşasıdır.

İdman müəssisələrinə dəstək proqramı Marneuli bələdiyyəsinin “İdman Məktəbinin” maliyyələşdirilməsini nəzərdə tutur. “İdman Məktəbinə” 2023-cü ildə 2 050 000 lari veriləcək.

“Marneuli İdman Məktəbi” 33 obyektdə, 70 qrup və 64 məşqçinin vasitəsilə 19 idman növü ilə bağlı idman bölmələrini təmin edir. Məktəb müxtəlif yaş qruplarında (3-dən 25 yaşa qədər) təxminən 1400 benefisiara xidmət göstərir. Sonrakı istiqamətlərdə idman dərnəkləri açılıb: gürcü güləşi, cüdo (uşaqlar üçün cüdo), sərbəst güləş, yunan-roma güləşi, boks, taekvando, kikboksinq, futbol, reqbi, basketbol, voleybol, trampolində tullanma, bədii gimnastika, akrobatika, oxçuluq, qol güləşi, karate, şahmat, ağırlıqqaldırma. 2023-cü ildə Marneuli bələdiyyəsində iki idman növünün – yüngül atletika və qızlar üçün voleybolun təsis edilməsi planlaşdırılır”,
– proqramın izahatında yazılıb.

İdman müəssisələrinə dəstək proqramında “İdman Məktəbinin” maliyyələşdirilməsi üçün 2 milyondan artıq larinin ayrılmasının hansı məqsədlər üçün nəzərdə tutulduğu qeyd olunub.

“Məktəb könüllü və peşəkar idman istiqamətində, bütün yaş qruplarında idman tədbirləri planlaşdırır, həyata keçirir; məktəb sağlam həyat tərzinin populyarlaşdırılması və idmanın kütləviliyi istiqamətində tədbirlər planlaşdırır, həyata keçirir. Eləcə də onun tətbiq edilməsi və populyarlaşdırılmasına dəstək olur; Məktəb uğurlu idmançılara, onlara təqaüd verilməsinə dəstək olur, eləcə də mərkəzdə idman bölmələrinə gələnlərin ölkə daxilində, həmçinin, ölkədən xaricdə idman təbirlərində iştirakını təmin edir. İdman məktəbi imkan daxilində bələdiyyənin inzibati vahidliklərində idman qruplarının bərabər əlçatanlığını təmin edir. 18 inzibati vahiddən 13-də minimum bir idman qrupu fəaliyyət göstərir. İdman Məktəbi öz fəaliyyəti çərçivəsində qız və oğlanların nisbətən bərabər iştirakını daha yaxşı təmin edən idman növlərinin genişləndirilməsinə üstünlük verir. İdman Məktəbində fiziki imkanları məhdud olan oxçular üçün müvafiq ixtisas və təcrübəsi olan məşqçinin iştirakı ilə oxçuluq qrupu fəaliyyət göstərir. İdman Məktəbi məktəbdə olan idman növlərinə görə şəhərin, milli yığma komandasının namizədləri və seçim vasitəsilə seçilmiş perspektivli idmançıların hazırlanmasında illik təlim prosesinin təşkili, yığma komanda üçün ehtiyatın hazırlanması kimi məsələləri tənzimləyir. İdman növlərinə əsasən maddi-texniki və təlim bazasının yaradılması. Məktəbin maneəsiz fəaliyyəti üçün lazımı xərclərin maliyyələşdirilməsi. İdman zallarına qulluq göstərilməsi, idman tədbirlərinin təşkili üçün lazımı pul, diplomlar, mükafatlar, banerlər, video, çap reklamlarının hazırlanması və başqa işlərin həyata keçirilməsi. İdman inventarının, xüsusi formalar və idman təchizatının alınması. Məşqçilərin peşəkarlığının yüksəldilməsi məqsədi ilə idmançların milli və beynəlxalq təlim-seminarlarda, müxtəlif tədbirlərdə iştirak etməsi. İdmançıların milli və beynəlxalq arenalara çıxması üçün ezamiyyət xərclərinin təmin edilməsi və yerli idman tədbirlərinin təşkil edilməsi xərcləri”,
– proqramın izahatında yazılıb.


İdman tədbirlərinin proqramı üçün Marneulinin 2023-cü il büdcəsində 60 000 lari ayrılıb. proqram sağlam həyat tərzinin tətbiq edilməsini, gənclərin idmanla maraqlanması və idman növlərinin əlavə edilməsini nəzərdə tutur.

İdman obyektlərinin təchizatı, bərpası və inşası proqramı üçün büdcədə 3 459 000 lari ayrılıb. Proqramın izahatına görə, 2023-cü il ərzində Marneuli bələdiyyəsinin 3 kəndində yeni idman zalının inşası planlaşdırılıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google