Marneuli meriyası məlumat və təbrik banerlərinin 16 949 lariyə almağı planlaşdırır
Marneuli yerli özünüidarəsi 2023-cü il ərzində ehtiyac olduğu halda şəhər miqyasında banerlərin quraşdırılması və sökülməsi ilə bağlı tender elan edib.

Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna verilən məlumata görə, yerli özünüidarə belə tenderi hər il elan edir. Onların məlumatına görə, tenderdə qalib gələn şirkət meriyanın tələbinə uyğun olaraq müxtəlif dizaynda banerləri hazırlamalı və onları yerləşdirməli olacaq. Bu məlumat və ya təbrik baneri ola bilər.

Yerli özünüidarə Pasxa, Novruz bayramı, Yeni il və müxtəlif dini və ya milli bayramları təbrik etmək üçün hər il Marneulidə bir neçə baner yerləşdirir.

Marneuli meriyası reklam və məlumat banerləri ilə bağlı tenderi 18 yanvar tarixində elan edib. Özünüidarə xidmətin alınması üçün 16 949 lari xərcləməyi planlaşdırır. Tenderdə iştirak etmək istəyən şirkətlər 24 yanvardan 26 yanvara qədər öz təkliflərini təqdim edə bilərlər.


Print ელ. ფოსტა
FaceBook Twitter Google