Kənan Ömərov Saqarecoda insident zamanı həyatını itirənlərin ailələrinə baş sağlığı verib
Marneuli meri Kənan Ömərov bu gün, 20 yanvar tarixində ötən gecə Saqarecoda baş vermiş insident zamanı həyatını itirənlərin ailə üzvlərinə baş sağlığı verib.

Bu barədə mer öz "Facebook" səhifəsində paylaşım edib. O, baş vermiş faicənin onu kədərləndirdiyini bildirib.

Ömərovun paylaşımını təqdim edirik:

"Saqarecoda baş vermiş faciəli hadisə ilə bağlı dərin kədərimi bildirirəm!

Həlak olanların ailə üzvlərinə və yaxınlarına, Saqareco Bələdiyyəsinə və bütün Gürcüstana başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram!"

Məlumat üçün qeyd edək ki, ötən gecə Saqareco şəhərində baş vermiş silahlı insident nəticəsində 6 nəfər həlak olub.

Qeyd edilir ki, 1974-cü il təvəllüdlü kişi yaşayış binasının eyvanından atəş açıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, o, əvvəlcə bir neçə dəfə atəş açıb, nəticədə 5 nəfər ölüb, binanın həyətində olan daha 5 nəfər yaralanıb.

Bundan əlavə, qeyd edilir ki, silahlı şəxs hadisə yerinə gələn polis əməkdaşlarına da atəş açıb, nəticədə onlardan biri ölüb.

Məlumata görə, o, sonda özünü öldürüb.

Faktla bağlı təhqiqat aparılır.


Print ელ. ფოსტა
FaceBook Twitter Google