2022-c ildə Marneulidə qeydiyyatdan keçmiş 30 tələbə “Tələbələrin
gediş haqqı xərcinə dəstək” proqramından faydalanıb.
Bu barədə radiomuza yerli özünüidarədən məlumat verildi. Marneuli
meriyasından bildirirlər ki, bu rəqəm 2023-cü ildə artırıla bilər.
Çünki pandemiyaya görə, ötən illərdə təhsil onlayn və ya qarışıq
formatda aparılırdı. Gediş haqqı dəstəyindən faydalanmaq üçün
təhsil rübünün yenilənməsi ilə yanaşı tələbə statusu
olan şəxslər
sənədləri meriyaya yenidən təqdim etməlidirlər.
Sənədlərin qəbulu 20 marta qədər davam etdiriləcək. Proqram ilin 10
ayı ərzində tələbələrin gediş haqqına hər ay 50 lari dəstəyi
nəzərdə tutur.
Proqramdan yalnız müvafiq hədəf qrupun nümayəndələri yararlana
biləcək. “4+1” proqramı çərçivəsində hazırlıq kursunda təhsil
alanlar və birinci kursun, birinci rübün tələbələri meriyanın
maliyyələşdirməsindən faydalana bilməyəcəklər.
Nəqliyyat xərclərinə dəstək göstəriləcək:
Aztəminatlı tələbələr (30 000-dək reytinq balı olanlar);
• Xüsusi ehtiyacı olan tələbə;
• Yüksək akademik iştirakı olan tələbə (Bütün fənlərdən ən az 91
ballıq qiyməti olan);
• Pedaqoji ixtisas sahəsində təhsil alan (Ən az A,B,C – akademik
balı olan);
• İbtidai sinif pedaqogikası fakültəsinin tələbəsi;
• Gürcü dili və ədəbiyyatı fakültəsinin tələbəsi;
• Biologiya fakültəsinin tələbəsi;
• Kimya fakültəsinin tələbəsi;
• Fizika fakültəsinin tələbəsi;
• Tarix fakültəsinin tələbəsi;
• Riyaziyyat fakültəsinin tələbəsi;
• Məcburi qaçqın statusu olan tələbə;
• Çoxuşaqlı ailədən olan tələbə (18 yaşa çatmamış ən azı 3 uşağı
olan);
• Ailədə də ən azı 3 tələbəsi olan tələbələr;
• Veteran övladı olan tələbə;
• Ata-anası olmayan tələbə.
Maraqlanan şəxslər qərarla nəzərdə tutulmuş sənədlərlə yanaşı
ərizəni Marneuli meriyasının dəftərxanasına verməli və ya
bələdiyyənin rəsmi elektron poçt ünvanına göndərməlidirlər:
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
Təqdim olunmalı sənədlərlə bağlı ətraflı məlumata buradan baxa
bilərsiniz:
link