Torpağın şumlanması üçün pulsuz proqramdan kim yararlana bilər
Marneuli bələdiyyəsində aztəminatlı ailələr üçün torpaq sahəsinin şumlanması proqramı bu il də həyata keçiriləcək.

Bu qərar Marneuli Bələdiyyə Məclisinin 30 yanvar tarixində baş tutan iclasında qəbul edilib. Məsələni meriyanın Əmlak İdarəsi və Maddi-Texniki Təminat Xidmətinin rəhbəri Aqil Əmircanov müzakirəyə çıxarıb. O, qeyd edib ki, proqrama reytinq balı 100 000-ə qədər olanlar qoşula bilər. İstəyi olanlar öz inzibati vahidliklərində merin nümayəndələrinə müraciət edə bilərlər.

“Xatırladaq ki, kənd təsərrüfatına dəstək proqramı çərçivəsində hər il “Təmiz Marneuli” tərəfindən bələdiyyədə qeydiyyatdan keçirilmiş aztəminatlı əhali, 100 000-a qədər reytinq balı olanlar üçün təxminən yarım hektara yaxın torpaq sahəsinin şumlanması həyata keçirilir. Bu proqram çərçivəsində hər il təxminən 90 ailəyə köməklik edirik və ümumilikdə 35 hektar torpaq sahəsini şumlayırıq. Bu il də həmin proqramı həyata keçirmək üçün sizin razılığınızı istəyirik”
– Aqil Əmircanov bildirib.

“Təmiz Marneuli” 5 ədəd xüsusi texnika ilə torpağın şumlanmasını həyata keçirir. Bələdiyyə şirkətinin rəhbəri bizimlə söhbəti zamanı bildirdi ki, işlər meriya istəyi olan ailələrin vahid bazasını təqdim edəndən sonra başlayacaq. Mumladzenin sözlərinə görə, şumlama işləri güman ki, fevralın orta tarixlərində fəal olaraq həyata keçiriləcək.


Print ელ. ფოსტა
თეგები: Marneuli Şumlamaq Torpaq
FaceBook Twitter Google