Türkiyənin Gürcüstandakı səfirliyi zəlzələ zamanı zərər çəkmiş insanlara kömək etmək istəyənlərə müraciət ünvanlayır
Türkiyənin Gürcüstandakı səfirliyi Türkiyəyə yardım üçün əhaliyə müraciət ünvanlayıb.

Yardımla bağlı paylaşım səfirliyin “Facebook” səhifəsində paylaşılıb. Səfirlik 6 yanvar tarixində Kahramanmaraşda baş vermiş zəlzələ zamanı zərər çəkmiş insanlara yardım etmək istəyən şəxslərə müraciət edib. Səfirliyin məlumatına görə, yardım kampaniyasında iştirak etmək istəyən şəxslər istifadə edilməmiş paltarlar, xüsusi ilə də qış geyimlərin, gigiyenik ləvazimatları Türkiyənin Gürcüstandakı səfirliyi olmaqla qeyd edilən ünvanlara göndərə bilərlər.

1- Türkiyə Səfirliyi
İlia Çavçavadze prospekti 35, Tbilisi
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
Beliz Turpçu: 511 130 198
Boran Can Koçboğan: 599 033 560

2- GÜRTİAD
Azadlıq Meydanı 4, Tbilisi
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
Mert Yumuşaker: 577 562 000

3- MÜSİAD
İlia Çavçavadze prospekti 37, Tbilisi
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
Xatuna: 557 505 946

4- Yonpas Georgia Ltd. Depo
Libani 4/G Avçala, Tbilisi
İsa Altun: 577 562 007
Saygıyla Duyurulur
T.C. Gürcüstan Səfirliyi


Yardım kampaniyasında iştirak etmək istəyən şəxslər 10 fevral tarixinə qədər qeyd olunan ünvanlara müraciət edə bilərlər.

Məlumat üçün bildirək ki, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 3 432-yə çatıb. Təbii fəlakət nəticəsində 21 103 nəfər yaralanıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google