Marneuli meriyası 24 gün ərzində restoran xidmətinə 12 053 lari
xərcləyib.
Üç sadələşdirilmiş müqaviləyə əsasən, yerli özünüidarə Marneulidə
yerləşən "Sadğeqrtselo" ("Qamatğave") restoranına pul ödəyib və
fərdi sahibkar Vladimer Kimadze ilə müqavilə bağlayıb.

Birinci süfrə 10 yanvarda qeydə alınıb, meriya buna 3 876 lari
ödəyib.
"Bildiyiniz kimi, 2023-cü ilin 10 yanvarında Marneuli meriyası
müxtəlif dövlət dövlət struktur vahidlərindən dəvət edilmiş
qonaqlara ev sahibliyi edəcək. Buradan irəli gələrək, həmin
qonaqlara nahar yeməyi verilməlidir. Xahiş edirik, müvafiq xidmətə
qüvvədə olan qanunvericiliklə tətbiq edilmiş qaydada qonaqlara ev
sahibliyi etmək və alqı-satqı ilə bağlı fəaliyyəti həyata keçirmək
tapşırığı verəsiniz", - İzahatnamədə yazılıb. Ancaq
qonaqların kimliyi və sayı dəqiq qeyd olunmayıb.

İkinci sadələşdirilmiş müqavilə 19 yanvarda qeydə alınır. Restorana
4 197 lari ödənilib.
"Xatırladaq ki, cari ilin 19 yanvarında Natlisğeba
bayramı ilə əlaqədar dindarların və qonaqların nahar yeməyinə
dəvəti planlaşdırılır.
Xahiş edirik, müvafiq vəsait ayırasınız", -
izahatnamədə yazılıb. Ancaq burada da qonaqların kimliyi və sayı
dəqiqləşdirilməyib.
Daha bir restoran xidməti üçün tender 2 fevralda qeydə alınıb.
Marneuli meriyası bu dəfə Sadğeqrtselo restoranına 3 980 lari
ödəyib.
"Xatırladaq ki, cari ilin 02 fevral tarixində Marneuli
meriyası müxtəlif dövlət strukturundan olan qonaqları qəbul edir.
Buradan irəli gələrək, həmin qonaqlar üçün nahar yeməyi təmin
edilməlidir. Xahiç edirik, müvafiq xidmətə qüvvədə olan
qanunvericiliyə əsasən qonaqların qəbul edilməsi və alqı-satqı ilə
bağlı fəaliyyəti həyata keçirmək tapşırığı
verəsiniz".
Hər üç restoran xidmətində pul xərclənməsi sərəncamını Marneuli
meri Kənan Ömərov verib.