Tseretelidə hansı layihənin həyata keçirilməsini dəstəkləyiblər
Bu gün, 8 fevral tarixində Marneuli bələdiyyəsinin Tsereteli kəndində “kəndə dəstək proqramı” çərçivəsində əhali ilə ümumi toplantı keçirilib.

Marneuli meriyasının İnzibati Xidmət rəhbəri Mamuka Şubitidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, meriyanın nümayəndələri iclasın legitimliyi üçün lazım olan qədər imzanı toplayıblar. Onun sözlərinə görə, ümumi toplantının keçirilməsi üçün 100 imza kifayət idi. Meriya nümayəndələri isə 100-dən artıq imza toplayıblar.

Mamuka Şubitidze məntəqənin ümumi toplantısında bildirdi ki, Tsereteli kəndindən meriyaya iki layihə ilə bağlı təklif verilmişdi.

Birinci təklif Romelaşvili küçəsində olan stadion ərazisində uşaq-əyləncə parkının salınmasını, ikinci təklif isə Nadiraşvili küçəsində park salınmasını nəzərdə tuturdu.

Məntəqənin ümumi toplantıda iştirak edənlər Romelaşvili küçəsində uşaq-əyləncə parkının salınmasını dəstəkləyiblər.

“Kəndə dəstək proqramı” çərçivəsində Tsereteli kəndinə 20 000 lari ayrılıb.

Print ელ. ფოსტა
თეგები: Kəndə dəstək Marneuli Tsereteli
FaceBook Twitter Google