Marneuli meriyası 57 000 litr içməli su alacaq
Marneuli meriyası 57 000 litr su alacaq.

Marneuli meriyası içməli suyun alınması üçün 10 fevral tarixində tender elan edib. Meriya suyun alınması üçün 31 822 lari xərcləməyi planlaşdırır:

3000 ədəd – 19 litrlik polikarbonat qabda, 19 litrdən az olmayan hidrokarbonat-kalsium tipli, qazsız içməli su.
2000 ədəd – polikarbonat qabda 0,5 litr hidrokarbonat-kalsium tipli, qazsız mineral su.
10 000 ədəd – birdəfəlik plastik şəffaf stəkan.


Tender sənədlərinə əsasən, su qabı içməli suyun hər növbəti partiyası çatdırılmazdan əvvəl alıcıya pulsuz olaraq müvəqqəti istifadəyə verilməlidir. Təqdim olunan içməli su qabları mövcud dispenserlərlə uyğun olmalıdır.

Təminatçı verilən içməli suyun boşaldılmasını, binaya gətirilməsini və ya yerləşdirilməsini (o cümlədən geri aparılmasını) öz gücü və hesabına təmin etməlidir.

Laboratoriya nəticələrində məhsulun Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə cavab verdiyinə dair, o cümlədən məhsulun təhlükəsizliyi və təhlükəsizlik tələbləri ilə bağlı təsdiq edilmiş arayışı olmalıdır.

İçməli suyun alınması ilə bağlı tenderdə iştirak etmək istəyən namizədlər 18-20 fevral tarixlərində təkliflərini təqdim edə bilərlər. Qalib müqavilə bağlandıqdan 2023-cü ilin 30 dekabr tarixində qədər, mərhələli olaraq, tələb olunduqdan 3 (üç) iş günü ərzində suyu təhvil verməlidir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google