24 fevral tarixində, Marneuli Mülki Məşğulluq Mərkəzində polis,
prokurorluq, istintaq, məhkəmə, yetkinlik yaşına çatmamış şəxslərə
və qadınlara qarşı zorakılıq mövzusunda təlim keçiriləcək.
Təlimdə iştirak etmək ödənişsizdir və hər bir maraqlanan şəxs
qeydiyyatdan keçə bilər.
Təlim əhatə edir:
- - Hüquq orqanlarının rolu və
funksiyaları;
- - Hansı hüquqlarımız var; Necə, nə zaman və kimə
müraciət edək;
- - Bizi səlahiyyətlərin
aşılmasından kim
qoruyur;
- - Sistem hansı yolları keçib –
islahatlar/çatışmazlıqlar;
- - Kriminal vəziyyət/cinayət statistikası – Cinayətə
qarşı çıxmaq üçün necə siyasət lazımdır?
- - Yetkinlik yaşına çatmamış şəxslərə qarşı zorakılıq
(Həmçinin, erkən evlilik və cinsi zorakılıq);
- - Qadına qarşı zorakılıq;
- - Dövlət siyasəti illərə əsasən necədir;
- - Yetkinlik yaşına çatmamış şəxslərin, onların
valideynlərinin hüquqları, əlçatan xidmətlər – nəyi
bilməliyik?
Təlimi keçəcəklər: Natia Mezvrişvili (keçmiş Daxili İşlər nazirinin
müavini, prokuror) və Qoqa Xatiaşvili (Demokratiya və İdarəetmə
Mərkəzinin insan hüquqlarının müdafiəsi proqramının rəhbəri;
DİN-nin insan hüquqlarının müdafiəsi idarəsinin keçmiş
rəhbəri).
Təlim “Gürcüstanda mülki təhsil və iştiraka dəstək” layihəsi
çərçivəsində, Demokratiyaya Dəstək Mərkəzinin təşkilatçılığı ilə
“National Endowment for Democracy”-nin dəstəyi ilə keçirilir.
Təlim Marneuli Mülki Məşğulluq Mərkəzində 24 fevral, saat 12:00-da
başlayacaq.
Təlimdə iştirak etmək istəyənlər burada qeydiyyatdan keçə
bilərlər:
link