Marneuli yerli özünüidarəsi meriyanın balansında olan 7 obyekti
istifadəyə verəcək. Bələdiyyə Məclisinin bu gün, 23 mart tarixində
keçirilən iclasında deputatlar obyektlərin istifadəyə verilməsini
dəstəkləyiblər.
İclasda Marneuli meriyasının Əmlakın İdarəolunması Şöbəsinin
rəhbəri Davit Xarşiladze bildirdi ki, qeyd olunan obyektlər
fəaliyyətsizdir və məhz buna görə, meriya obyektlərin istifadəyə
verilməsi qərarını verib.
“Bizim xidmət tərəfindən müvafiq razılıq almaq məqsədi ilə 7 obyekt
təqdim olunub. Bu obyektlər Sadaxlı, iki obyekt Qaçağan kəndində,
Ağməmmədli, Qasımlı, Xocorni kəndlərindədir. Müvafiq olaraq, biz
razılıq verdik ki, bu obyektlərin istifadəyə verilməsi elektron
hərrac qaydası ilə olsun. Bu Marneuli bələdiyyə büdcəsinə əlavə
icarə haqqı şəklində vəsaitlərin cəlb edilməsinə səbəb
olacaq”, – Davit Xarşiladze bildirdi.
Bələdiyyə Məclisinin çoxluğu meriyanın balansında olan 7 daşınmaz
əmlakın istifadəyə verilməsini dəstəkləyib. Bələdiyyə Məclisinin
üzvləri həmçinin, Tsereteli kəndindəki uşaq qəzalı vəziyyətdə olan
binasının uçurullması, onun yerində yeni uşaq bağçasının tikilməsi
təklifini dəstəkləyiblər.