Marneulidə Qiorqi Qordeziani adına oxçuluq kuboku uğrunda yarış keçiriləcək
Marneulidə 12-15 aprel tarixlərində Qiorqi Qordeziani adına oxçuluq kuboku uğrunda yarış keçiriləcək. Qiorqi Qordeziani Marneuli İdman Məktəbinin məşqçisidir. Onun təşəbbüsü ilə 2015-ci ildə bələdiyyədə oxçuluğun əsası qoyulub. Bələdiyyə Məclisinin 23 mart tarixində baş tutan iclasında Marneuli İdman Məktəbinin rəhbəri Mamuka Naveriani bildirib ki, kubok yarışları Marneulidə ənənəvi olaraq keçiriləcək.

“Bizim İdman Məktəbinin idmançıları Avropa kuboku yarışlarında iştirak edəcəklər. İdmançılarımıza uğurlar arzulamaq istəyirəm. Həmçinin, demək istəyirəm ki, qeyd olunan çempionata hazırlıq məqsədilə 12-15 aprel tarixlərində Tsereteli kənd stadionunda baş tutacaq Gürcüstan Milli Çempionatına ev sahibliyi edirik. İndi deyəcəyim məlumat Qordeziani üçün də sürpriz olacaq. Siz bilirsiniz ki, Marneulidə oxçuluğun əsası 2015-ci ildə cənab Qiorqinin təşəbbüsü ilə qoyulub. Qeyd olunan turnirdə Qiorqi Qordeziani adına kubok uğrunda yarış keçiriləcək. Bu davamlı və ənənəvi olaraq keçiriləcək”,
– Mamuka Naveriani bildirib.

Qeyd edək ki, Marneuli yerli özünüidarəsinin təşəbbüsü və Gürcüstan Milli Oxçuluq Federasiyasının dəstəyi ilə Marneuli İdman Məktəbi müasir, beynəlxalq standartlara uyğun iki ədəd yay-ox əldə edib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google