Tsopidə motosikllə qəzaya düşmüş kişi bir neçə saatdan sonra tapılıb – xəsarət alan şəxs təcili yardım maşınında dünyasını dəyişib
Bu gün, 31 may tarixində Marneuli bələdiyyəsinin Tsop kəndində 47 yaşlı kişi motosikllə qəzaya düşüb. “Marneuli” radiosunun məlumatına görə, kişi dünən, 30 may tarixində Tsop kəndindən evə qayıdırmış və bu zaman üçtəkərli motosikli aşıb.

Dünyasını dəyişən şəxsin yaxınlarının sözlərinə görə, orta yaşlı kişi motosiklin altında qalıb. Hadisə təxminən saat 23:30-24:00 radələrində baş verib. Xəsarət alan kişi növbəti gün təxminən saat 6:00-7:00 radələrində tapılın.

Təcili yardım hadisə yerinə çatanda kişi hələ sağ imiş. O, təcili yardım maşınında, xəstəxanaya gedən zaman yolda dünyasını dəyişib.

“Marneuli” radiosu DİN-dən təfərrüatları araşdırır.


Print ელ. ფოსტა
FaceBook Twitter Google