Marneuli bələdiyyəsinin Tamarisi kəndində etnoqrafik muzeyin və
parkın tikintisi üçün ikinci dəfə tender elan olunub.
Marneuli yerli özünüidarəsi Tamarisidə parkın tikinti işləri ilə
bağlı tenderi birinci dəfə 28 aprel tarixində elan etmişdi.
Tenderdə yalnız bir şirkət iştirak etmişdi.
Meriya natamam sənədlərə görə, şirkəti tenderdən kənarlaşdırıb.
Yeni tender 1 iyunda elan olunub. İşlərin təxmini dəyəri 681 197
laridir.
Parkın tikintisi layihəsində qeyd olunub ki, layihə svan etnoqrafik
muzeyinin tikintisini də nəzərdə tutur.
“Layihə Tamarisi qəsəbəsində svan etnoqrafik muzeyinin
konstruktiv hissəsini nəzərdə tutur. Layihə təqdim olunan
arxitektura hissəsi və geologiya əsasında baş tutub”,
– izahatnamədə qeyd olunub.
Yeni tenderdə iştirak etmək istəyən şirkətlər 9-12 iyun tarixində
təkliflərini göndərə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan
270 gün ərzində işləri təhvil verməli olacaq.