Marneuli bələdiyyəsinin Tsereteli kəndində uşaq bağçasının
sökülməsi üçün 45 099 lari xərclənəcək.
Marneuli meriyası işləri sadələşdirilmiş qaydada alıb və “Gürcüstan
Birləşmiş Şirkəti” MMC ilə müqavilə bağlayıb.
İzahatnaməyə görə, məktəbəqədər təhsil müəssisəsinin sökülməsi
işlərinin təcili surətdə alınmasına iki dəfə elan edilmiş tenderin
baş tutmamasından sonra ehtiyac yaranıb.
“Tsereteli kəndində yerləşən uşaq bağçası binasının
sökülməsi işlərinin aparılması və bununla yanaşı sökülməsi üçün
smeta sənədlərinin tərtib edilməsi xidməti üçün lazımi tədbirlərin
təmin edilməsi məqsədi ilə təcili surətdə, sadələşdirilmiş qaydada
alqı-satqı lazım gəlib. Çünki bununla bağlı iki dəfə elan edilmiş
tender baş tutmayıb. Müvafiq olaraq, payızda tədris ili başlayana
qədər uşaq bağçası binasının tikintisi və istismara verilməsi
prosesinin başa çatmama təhlükəsi var. Marneuli meriyasının
Maliyyə-Büdcə Xidmətinə sərəncamın birinci bəndini yerinə yetirmək
üçün müəyyən edilmiş tədbirlərin qüvvədə olan qanunvericiliklə
nəzərdə tutulmuş qaydaya uyğun olaraq həyata keçirilməsi
tapşırılsın”, – izahatnamədə yazılıb.
Bağçanın sökülməsi bir neçə mərhələdən ibarətdir:
- Müvafiq olaraq, binanın/tikilinin sökülməsi üçün layihə
sənədlərinin tərtib edilməsi xidməti
- Köhnə uşaq bağçasının bina/tikilisinin
sökülməsi
- Bina-tikilinin sökülməsi nəticəsində, sahibi üçün –
Marneuli yerli özünüidarəsi üçün dam örtüyü materialının/qapı və
pəncərələrin yığılması üçün lazımi şərtlərin/tələblərə riayət
olunması/nəzərə alınması və sifarişçinin göstərdiyi yerdə
yığılması
- Ərazinin tullantılardan təmizlənməsi
Tsereteli uşaq bağçası qəzalı vəziyyətdə olan binaya görə, təcili
qaydada 2023-cü ilin 17 fevralında bağlanıb və tədris prosesi
dayandırılıb. Yeni binanın tikintisini Bələdiyyələrin İnkişafı
Fondu planlaşdırır.