Marneulidə Yunan-Roma güləşi üzrə Marneuli Açıq Birinciliyi keçirilib
29 noyabr tarixində Marneulidə, “Gürccüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”-nin təşkilatçılığı ilə əslən Algeti kəndindən olan Rəşid Pəhləvanın (Yusubovun) xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə Marneuli Açıq Birliyi keçirilib.

Tədbirdə ilk olaraq öz çıxışı ilə GAİM-in İcraçı Direktoru Murad Muradov açıb. Muradov böyük idman ustası Rəşid Pəhləvanın həyatı və nəaliyyətləri barədə söhbət açıb. O, Yunan-Roma güləşinin inkişafında gənc idmançıların yetişməsi üçün bu sahədə öz sözünü demiş idmançıların haqqında gənclərin məlumatlı olmasının əhəmiyyətindən danışıb.

Yarışa dövlət himnləri səsləndirildikdən sonra start verilib. Yarışda ümumilikdə Gürcüstan və Azərbaycandan olan 7 (GAİM, Azərbaycan, Tbilisi, Qori, Mtsxeta, Xaşuri, Tbilisi 2 (Kula Qldaneli klubu) komandaları) komanda iştirak edərək, 2 yaş qrupunda, 12 çəki dərəcəsində yarışıblar.

Qeyd edək ki, yarışda komanda hesabında ən çox medal toplayan Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin komandası 1-ci, Azərbaycan 2-ci, Mtsxeta isə 3-cü olub.


Print ელ. ფოსტა
FaceBook Twitter Google