Marneuli bələdiyyəsinin Saimerlo kəndində mövcud futbol meydançası
bərpa olunacaq.
Marneuli meriyası bərpa üçün büdcədən 108 445 lari ayırıb və tender
elan edib.
Tender sənədlərinə əsasən, basketbol sipərinin sökülməsi, torun
çıxarılması, işıqların çıxarılması və s. planlaşdırılır.

"Arkgzakomunproject" MMC-nin tərtib etdiyi bərpa layihəsi ilə
nəzərdə tutulub:
“Sökmə və quraşdırma işləri aparılmalıdır. Sökülmə
işləri çərçivəsində layihəyə uyğun olaraq mövcud metal şəbəkə,
meydançanın süni ot örtüyü söküləcək, meydançanın basketbol
sipərləri, futbol qapıları da söküləcək, zədələnmiş LED işıqlar
söküləcək. Eləcə də tribunanın taxta materialı da söküləcək. Layihə
çərçivəsində nəzərdə tutulub: Yeni dəmir tor quraşdırılsın,
layihəyə əsasən, 40x40x3 metal kvadratlar quraşdırılsın, basketbol
sipərləri və futbol qapıları quraşdırılsın, meydançanın,
tribunaların metal konstruksiyaları qoyulsun. Korroziyaya qarşı
boya ilə 2 qat boyansın, yeni süni örtük qoyulsun və LED
işıqlandırma quraşdırılsın” - tenderin açıqlamasında
yazılıb.
Meriyanın elan etdiyi tenderdə iştirak etmək istəyən şirkətlər 3-8
iyul tarixlərində tenderdə iştirak edə biləcəklər. Qalib şirkət
müqavilə imzalandıqdan sonra 20 gün ərzində işləri meriyaya təhvil
verməlidir.