Marneuli bələdiyyəsinin Tsereteli kəndində stadion və məşq
vasitələrinin quraşdırılması üçün ikinci dəfə tender elan
olunub.
Həmin kənd üçün 245 361 lari dəyərində tender 12 iyun tarixində
elan olunub. Ancaq tenderdə heç kim iştirak etməyib və layihə baş
tutmayıb.
Yerli özünüidarə eyni dəyərdə tenderi 12 iyul tarixində elan edib.
Tenderdə iştirak etmək istəyən şirkətlər 27 iyuldan
1 avqusta qədər
öz təkliflərini təqdim edə bilərlər.
Yeni stadion Tseretelidə, birinci məhəllədə tikiləcək. Layihə ilə
futbol meydançasının düzəldilməsi, basketbol torlarının
quraşdırılması, trenajorların qurulması, məkanın müxtəlif inventar
ilə təchiz edilməsi nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, Marneuli meriyası 26 dekabr tarixində
müxtəlif növ bina-tikili və parkların qurulması/bərpası üçün lazımı
smeta sənədlərinin tərtib edilməsi xidmətini almağa 54 900 lari
dəyərində tender elan etmişdi. Həmin tenderə görə, Tsereteli
kəndində idman meydançası və açıq məşq vasitələri üçün lazımı smeta
sənədləri tərtib edilib.
Layihə üçün vəsait yerli büdcədən ayrılıb.