Marneuli meriyasının veb-səhifəsi yenilənmə ilə əlaqədar olaraq tamamilə bağlanıb

Marneuli bələdiyyəsinin veb-səhifəsi təxminən iki həftədir işləmir. Meriyadan bildirirlər ki, bunun səbəbi yeni veb-səhifənin yaradılmasıdır.


Bununla bağlı işlər aparılır. Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, səhifənin yenilənəcəyi konkret vaxt məlum deyil, ancaq proses tezliklə başa çatacaq.

Veb-səhifə bağlanıb. Yerləşdirilmiş məlumat əhali üçün əlçatan deyil. Həmçinin, Marneulinin dövlət məmurları haqqında məlumat

və ya inzibati vahidliklərdə merin nümayəndəsinin əlaqə nömrələrini tapmaq mümkün deyil.

Yerli özünüidarə saytın bağlanması haqqında sosial şəbəkələrdə məlumat yaymayıb.

Marneuli yerli özünüidarəsi yeni saytın yaradılmasını sadələşdirilmiş qaydada nəzərdə tutub. Bunun üçün “Proservis” MMC-yə 7500 lari ödəyib.
Sadələşdirilmiş müqaviləyə görə, meriyanın veb-səhifəsi köhnəlibmiş və buna görə yenisinin yaradılmasına ehtiyac yaranıb.

“Xatırladaq ki, Marneuli meriyasının rəsmi veb-səhifəsi “php” kodu ilə yazılıb və artıq köhnəlib. Çünki istifadə etdiyimiz hostinq ictimai serverə yerləşdirilib və təhlükəsizlikdən irəli gələrək provayder tərəfindən daim yenilənməli olur, marneuli.gov.ge-nin bağlanma təhlükəsi yaranır. Bildiyiniz kimi, meriyanın rəsmi veb-səhifəsinin qaydasında işləməsi bələdiyyə üçün mühümdür. Çünki buraya bələdiyyə miqyasında həyata keçirilən ictimai məlumat, sənədlər, yeniliklər və sosial xidmət, fəaliyyətlər haqqında məlumatlar yerləşdirilir.”

Müqavilənin texniki tapşırığına əsasən, saytın dizaynında bələdiyyənin loqosu və adı yerləşdirilməlidir. Eləcə də saytın gürcü və ingilis dili arasında keçid funksiyası olmalıdır.

Meriyanın yenilənmiş saytında baxa biləcəklərinizin siyahısını sizə təqdim edirik:

• Məlumat səhifəsi (Meriya və Bələdiyyə Məclisi haqqında)
• Görməli yerlər
• Meriyanın, eləcə də Bələdiyyə Məclisinin vəzifəli şəxslərinin modulu
• Bələdiyyə xidmətləri
• Fərmanlar
• İclas protokolları
• Müsabiqələr
• Hesabatlar
• Yeniliklər
• Bürolar
• Komissiyalar
• Fraksiyalar
• Sosial proqramlar
• Bəyanatlar
• Foto qalereya
• Video qalereya
• Əlaqə


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google