Marneulinin 15 məktəbində açılacaq seçki məntəqəsində komissiya üzvləri həmin məktəbin direktorları olacaqlar

Marneuli bələdiyyəsinin seçki məntəqəsi açılacaq 15 məktəbində komissiya sədrləri, müavinləri və üzvləri, həmin məktəbin direktorları olacaqlar.



MSK 2024-cü il 26 oktyabr Parlament seçkiləri üçün Marneuli seçki dairəsində yaradılmış Məntəqə Seçki Komissiyalarının rəhbər şəxsləri və üzvlərinin kimliyini yayımlayıb.

Seçki təcrübəsinə nəzər salsaq, hər il məntəqələrə dövlət məmurları, həmçinin təhsil müəssisələri nümayəndələri rəhbərlik edirlər.
“Marneuli” radiosu Marneuli məktəb

direktorlarının ad və soyadını axtardı, onlardan axtarış siyahısına 15 direktorun kimliyi və onların idarə etdiyi məktəblər uyğun gəldi.

Direktorların siyahısını, onların Parlament seçkilərindəki vəzifələrini və məntəqənin məlumatlarını sizə təqdim edirik:

• Dilarə Darğallı – Marneuli 4 saylı məktəbin direktoru. Həmin məktəbdə yerləşən 1 saylı məntəqədə komissiya sədrinin müavini.
• Murad Maisuradze – Marneuli şəhər 6 saylı ictimai məktəbinin direktoru. Həmin məktəbdə yerləşən 4 saylı məntəqədə komissiya sədri.
• Violeta Sukasyan – Marneuli bələdiyyəsinin Ağkörpü kənd ictimai məktəbinin direktoru. Həmin məktəbdə yerləşən 77 saylı məntəqədə komissiya sədri.
• Xəyalə Şərəyeva – Marneuli bələdiyyəsinin Baydar kənd ictimai məktəbinin direktoru. Həmin məktəbdə yerləşən 81 saylı məntəqədə komissiya sədri.
• Məhəmmədəli Qurbanov – Marneuli bələdiyyəsinin Daştəpə kənd ictimai məktəbinin direktoru. Həmin məktəbdə yerləşən 52 saylı məntəqədə komissiya katibi.
• Zamir İbrahimov – Marneuli bələdiyyəsinin Böyük Bəylər kənd ictimai məktəbinin direktoru. 28 saylı məntəqədə komissiya sədrinin müavini.
• Manana Manukyan – Marneuli bələdiyyəsinin Çanaxçı kənd ictimai məktəbinin direktoru. Həmin məktəbdə yerləşən 78 saylı məntəqədə komissiya sədri.
• Səlminaz Əliyeva – Marneuli bələdiyyəsinin İmir kənd ictimai məktəbinin direktoru. Həmin məktəbdə yerləşən 59 saylı seçki məntəqəsində komissiya sədrinin müavini.
• Ayat Göyüşov – Marneuli bələdiyyəsinin Qaçağan kənd 2 saylı ictimai məktəbinin direktoru. Həmin məktəbdə yerləşən 73 saylı məntəqədə komissiya üzvü.
• Zahir Hüseynov – Marneuli bələdiyyəsinin Qaçağan kənd 1 saylı ictimai məktəbinin direktoru. Həmin məktəbdə yerləşən 47 saylı məntəqədə komissiya sədri.
• Anar Əliyev – Marneuli bələdiyyəsinin Qasımlı kənd ictimai məktəbinin direktoru. Həmin məktəbdə yerləşən 66 saylı məntəqədə komissiya sədrinin müavini.
• Xozeyin Musayev – Marneuli bələdiyyəsinin Kirovka kənd ictimai məktəbinin direktoru. Həmin məktəbdə yerləşən 64 saylı məntəqədə komissiya üzvü.
• Ketevan Merabişvili – Marneuli şəhər 1 saylı ictimai məktəbin direktoru. Həmin məktəbdə yerləşən 7 saylı məntəqədə komissiya üzvü.
• Gülnara Darğallı – Marneuli şəhər 3 saylı ictimai məktəbi. Həmin məktəbdə yerləşən 5 saylı məntəqədə komissiya üzvü.
• Hüseyn Hüseynov – Marneuli bələdiyyəsinin Təkəli ictimai məktəbinin direktoru. Həmin məktəbdə yerləşən 44 saylı məntəqədə komissiya sədri.

Gürcüstanda Parlament seçkiləri 26 oktyabr tarixində keçiriləcək. Marneulidə ümumilikdə 81 seçki məntəqəsi açılacaq. Onlardan 41 məntəqədə seçkilər yeni elektron sistemlə, 40 məntəqədə isə köhnə qaydada keçiriləcək.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google