"Gürcü Arzusu"nun Marneulidəki nümayəndəsi Zaur Darğallı
seçkiqabağı yalnız kişilərlə görüş keçirib.
Fotoları Darğallının majoritar bürosunun nümayəndəsi yayımlayıb və
deputatı işarələyib.
Yayımlanmış fotolarda məkan konkret qeyd olunmayıb, ancaq yazılıb
ki, əhali ilə Marneuli bələdiyyəsində görüş keçirilib.
Fotomateriala baxsaq görərik ki, görüşdə heç bir qadın iştirak
etməyib, çay süfrəsində yalnız kişilər otururlar.
“Marneuli” radiosu görüşün əks olunduğu fotolardan
100-ə yaxın kişi
sayıb.
Zaur Darğallıdan başqa seçkiqabağı görüşdə Marneuli bələdiyyə
nümayəndələri də iştirak ediblər. Həmçinin, Marneuli Bələdiyyə
Məclisinin sədri Amiran Qiorqadze.
“Marneuli” radiosu Amiran Qiorqazdedən 10 sentyabr tarixində xahiş
edib ki, görüşün keçirilməsi haqqında bizə məlumat versin. O, vəd
verdi ki, məlumat verəcəkdi,ancaq hələ də verməyib.
Bu kiçik bələdiyyədə yalnız kişilərlə görüş keçirilən ilk hal
deyil. Əgər haradasa qadınlar görünərsə bu məktəb və bağça
resursundan istifadə edərək baş verir. Görüşlərdə əsasən bağça və
məktəbin qadın pedaqoqları iştirak edirlər.
Gürcü Arzusu ötən həftə rəsmi olaraq seçki kampaniyasının
başlanmasını anons edib. İndiki mərhələdə bizdə olan məlumata görə,
görüş Tsopi, Xocorni, Opreti, Çanaxçı, Ağkörpü, Araflı, Aşağı Saral
və Şulaveridə keçirilib.