Marneuli bələdiyyəsinin üç kənd məktəbində bu il birinci sinfə
şagird yoxdur.
Marneuli Resurs Mərkəzinin nümayəndəsi “Marneuli” radiosuna
bildirdi ki, Ağkula, Sioni və Tserakvi məktəblərində birinci sinif
üçün şagird yoxdur.
Bələdiyyə miqyasında 74 ictimai
məktəb var. 2024-2025-ci tədris
ilində Marneulidə 1900-ə yaxın birinci sinif şagirdi üçün ilk zəng
çalındı.
16 sentyabr tarixində Gürcüstanda məktəb və bağçalarda tədris
prosesi başladı.