Marneuli merinin müavininin qardaşının idman zalı bir neçə aydır, fəaliyyət göstərir, ancaq təntənəli şəkildə seçkiqabağı açılış edilib
Marneulidə “Birlik” İdman Kompleksi açılıb.

Marneuli meriyası Gürcüstanın Birinci kanalının süjetini yayımlayıb. Süjetdən görünür ki, idman zalının açılışında “Gürcü Arzusu”-nun heyəti Zaur Darğallı, Marneuli meri Kənan Ömərov, Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və digər yerli özünüidarə nümayəndələri iştirak ediblər.

Süjetin mətninə əsasən, idman kompleksinin ideya müəllifi yerli sakin Qiorqi Şubitidzedir. O, müəssisəni öz vəsaiti ilə

tikib. Marneuli meri Kənan Ömərov bu faktı özəl və dövlət sektorunun əməkdaşlığına yaxşı nümunə olaraq qeyd edir.

“Bu iş, ideya, təşəbbüs üçün Qiorqi Şubitidzeyə minnətdarlığımı bildirirəm və bütün idmançılara uğurlar arzu edirəm”.

Qeyd edək ki, Qiorqi Şubitidze Marneuli merinin müavini Temuri Şubitidzenin qardaşıdır. Temur Şubitidzenin atası Paata Şubitidze “Ktsia” MMC-nin 50% səhmlərinin sahibidir. Meriyanın elan etdiyi yol çəkilməsi ilə bağlı tenderlərin əksəriyyətində “Ktsia” MMC qalib gəlir və milyonlarla lari əldə edib.

Marneuli-Sadaxlı magistralı kənarında açılmış idman kompleksində idman kursları pulsuzdur. İşləyən məşqçilərin əməkhaqqını isə Marneuli meriyası təmin edir.

Açılış mərasimi haqqında “Marneuli” radiosuna məlumat verilməmişdi, ancaq mərasim İmedi, Rustavi 2 və İctimai Yayımçı vasitəsilə yayımlanıb.

Qeyd edək ki, idman kompleksi bir neçə aydır, fəaliyyət göstərir, ancaq rəsmi açılış 22 oktyabr tarixində baş tutub.

Print ელ. ფოსტა
თეგები: Marneuli Marneuli meriyası
FaceBook Twitter Google