Küçə ticarətçiləri günün sonuna kimi bazar ərazisini tərk etməlidirlər - meriya
Marneuli bazar ərazisində küçə ticarətçilərindən yenidən ərazini tərk etməyi tələb edirlər. Özünüməşğullardan bəziləri piştaxtaları götürür, bəziləri isə ticarətini davam etdirir.

Küçə ticarətçilər bizimlə söhbət zamanı bildirirlər ki, tətbiq olunan vergilərə görə bazarın daxili ərazisinə keçmək istəmirlər.

Marneuli meriyasının Nəzarət Xidməti bu gün cərimə tədbirlərindən istifadə etməyib. Meriyanın Nəzarət Xidmətinin baş mütəxəssisi Qiorqi Mumladze “Marneuli” radiosuna müsahibəsində bildirib
ki, onların “prioriteti” cəzalandırmaq deyil. O, bildirir ki, küçə ticarəti ilə məşğul olan şəxslərə ərazini təmizləmək üçün 9 dekabr tarixinə kimi vaxt verilib. Bundan əvvəl şifahi xəbərdarlıqlar edilsə də, fərdi sahibkarlar buna əməl etməyiblər.

“Qanunla küçə ticarəti qadağandır. Nəzarət Xidməti ərazini boşaltmaq üçün vaxt verib. Rəsmi xəbərdarlıq edilmişdi, keçən həftə dəfələrlə xəbərdarlıq olundu. Onlara bazar ərazisinə daxil olaraq ticarət fəaliyyəti ilə məşğul olmaq üçün də alternativ təklif edilib. İnzibati cərimə sanksiyalarına gəlincə, indiki mərhələdə biz yerindəcə əlavə xəbərdarlıq protokolları tərtib etmişik, əlavə bir gün müddət vermişik. Günün sonuna kimi onlar cavab verməli və qeyri-qanuni, icazəsiz tutduqları ərazini tərk etməlidirlər. İndiki mərhələdə bizim üçün cərimələmək əsas prioritet deyil. Bizim prioritetimiz necə razılaşdığımızdır, onların biznes fəaliyyətlərini davam etdirə biləcəkləri şəraitin yaradılmasına mümkün qədər diqqət yetiririk. Bu gün yekun xəbərdarlıq etdik”,
– Qiorqi Mumladze bildirib.

Marneuli meriyası cərimə təyin etmək səlahiyyətinə malikdir. Bələdiyyənin bu mexanizmdən istifadə edib-etməyəcəyi məlum olmasa da, cərimənin məbləği 500-2000 lari arasında müəyyən edilib.

Yerli hökumət illərdir ki, küçə ticarəti qadağan etməyə çalışsa da heç bir nəticə verməyib. Nəticə müvəqqətidir və özünüməşğullar müəyyən dövrdən sonra əraziyə qayıdırlar.

Kustar qaydada düzəldilmiş piştaxtalarda əsasən pendir, kəsmik, xama və digər süd məhsulları temperatur rejimi saxlanmadan satılsa da müştərisi çoxdur. Ərazidə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti çətinləşir. Məhsullar antisanitar şəraitdə satılır.

@marneulifm 👉Marneuli bazar ərazisində küçə ticarətçilərindən yenidən ərazini tərk etməyi tələb edirlər. 🎯Özünüməşğullardan bəziləri piştaxtaları götürür, bəziləri isə ticarətini davam etdirir. 🗣Küçə ticarətçilər bizimlə söhbət zamanı bildirirlər ki, tətbiq olunan vergilərə görə bazarın daxili ərazisinə keçmək istəmirlər. 💰Marneuli meriyasının Nəzarət Xidməti bu gün cərimə tədbirlərindən istifadə etməyib. #Marneuli #Pul #Cərimə ♬ orijinal ses - "Marneuli" radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
თეგები: Marneuli baza
FaceBook Twitter Google
«« იანვარი 2025 »»
3031 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 12