Əməkhaqqıları, ştat cədvəli, yanacaq və danışıq limitləri – Marneuli Bələdiyyə Məclisi hansı məsələləri müzakirə edəcək?

Marneuli Bələdiyyə Məclisinin 17 yanvar tarixində keçiriləcək iclasında 6 məsələ müzakirə olunacaq.


Məsələlər bu gün, yanvarın 16-da Marneuli Bələdiyyə Məclisinin “Facebook” səhifəsində dərc olunub.

Bələdiyyə Məclisinin iclasında müzakirəyə çıxarılacaq əsas məsələlər meriya və Bələdiyyə Məclisində çalışan işçilərin əməkhaqqıları, ştat cədvəli, yanacağın və danışıq kartlarının miqdarı ilə bağlı olacaq.

17 yanvar tarixində keçiriləcək iclasın gündəliyini təqdim edirik:

1. “Marneuli meriyasında əmək müqaviləsi ilə işə götürülən şəxslərin sayı və onlara verilən rəsmi əməkhaqqının məbləği haqqında razılaşma barədə”
Marneuli Bələdiyyə Məclisinin 2023-cü il 25 dekabr tarixli 80 nömrəli qərarında dəyişiklik edilməsi barədə.
/Məruzəçilər – Teona Parciani, Mamuka Şubitidze/
2. Marneuli Bələdiyyə Məclisinin vəzifəli şəxslərinin və Bələdiyyə Məclisi Aparatının peşəkar dövlət məmurlarının vəzifə sıralaması, əməkhaqqıları miqdarının müəyyən edilməsi, Marneuli Bələdiyyə Məclisi Aparatının vəzifəli şəxslərinin ştat cədvəlinin təsdiq edilməsi haqqında.
/Məruzəçi – Teona Parciani/
3. Marneuli Bələdiyyə Məclisi Aparatında əmək müqaviləsi ilə işə götürülən şəxslərin sayının və onlara verilən rəsmi əməkhaqqının miqdarının müəyyən edilməsi haqqında
/Məruzəçi – Teona Parciani/
4. Marneuli Bələdiyyə Məclisi üçün yanacağa və danışıq kartlarına limitlərin müəyyən edilməsi haqqında.
/Məruzəçi – Teona Parciani/
5. Marneuli bələdiyyəsi ərazisində kənd təsərrüfatına dəstək proqramının təsdiq edilməsi haqqında.
/Məruzəçi – Aqil Əmircanov/
6. Sosial məsələlər
/Məruzəçi – Zurab Çoniaşvili/

Bələdiyyə Məclisinin iclası yanvarın 17-də, saat 12:00-da, Marneuli meriyası binasının kiçik konfrans zalında keçiriləcək.
Qeyd edək ki, yanvarın 17-də keçiriləcək iclas Bələdiyyə Məclisinin 2025-ci ildə ilk iclası olacaq.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google