Marneuli “Aversi” klinikasında qrip əlamətləri olan 25 xəstə
var.
Tibb müəssisəsinin Pediatriya Şöbəsinin müdiri İlona
Xizaneişvilinin “Marneuli” radiosuna verdiyi məlumata görə,
yanvarın 23-nə olan vəziyyətə əsasən, onların klinikasında 25-ə
yaxın insan müalicə olunur. Onların vəziyyəti orta-ağırdır və
idarəolunandır.
"Təxminən 50%-də qrip virusu olduğu təsdiqlənib. Mən A
və B tipli viruslardan danışıram. Qızdırma, bakterial infeksiyalar
zamanı ağırlaşma ola bilər. İndi 25-ə yaxın xəstə var, məsələn,
bizdə 31 nəfər var idi. Bildiyimə görə, dünən gecə də var idi. Yer
olmadığına görə qəbul edə bilmədik. Bir neçə gündür ki, azalma
olub. Mən piki keçdiyimizi düşünürəm. Amma, görək, indi məktəblər,
uşaq bağçaları açılıb”, – İlona Xizaneişvili
bildirdi.
Qrip viruslarının sayında artım dekabrın ikinci yarısından
başlayıb, xüsusilə kəskin artım yanvarın birinci, ikinci və üçüncü
həftələrində müşahidə olunub. Milli Peyvənd Texniki Məsləhət
Qrupunun rəhbəri, İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi
direktoru İvane Çxaidzenin mətbuat konfransında bildirdiyinə görə,
yanvar ayı qrip virusunun artması baxımından fərqli olub. Əgər
dekabrın sonunda virusların ümumi payında qripin xüsusi payı 25
faiz idisə, hazırda bu göstərici 60 faizə çatıb. Bu, çox yüksək
göstəricidir, yəni kobud desək, öskürək, asqırma, burun axması və
yüksək hərarəti olan 10 nəfərdən 6-nın qripə yoluxma ehtimalı
var.
“Bütün əvvəlki statistik məlumatlar ən çox H1 virusunun
yayıldığını açıq-aydın göstərirdi, lakin yanvarın üçüncü həftəsinə
aid son məlumatlar, əksinə, B virusunun həddindən artıq olduğunu
göstərir. İndi 36% B tipli viruslar, 24% A tipli H1 viruslarıdır.
Hər ikisi eyni klinik simptomlarla xarakterizə olunur: yüksək
hərarət, 38 dərəcə və yuxarı, şiddətli baş ağrısı, boğaz ağrısı,
göz ağrısı, oynaq və əzələ ağrıları, öskürək, ümumi zəiflik,
iştahsızlıq, kiçik uşaqlarda isə qusma və ishal baş verə bilər.
Riskli qruplar üçün peyvənd etmək heç vaxt gec deyil. İkinci
tövsiyə müalicə ilə bağlıdır: qrip virusuna qarşı effektiv dərman
olan viruslar kateqoriyasına aiddir. Əgər siz risk qrupuna
aidsinizsə və sadaladığım əlamətləri sizdə varsa, məsləhətdir ki,
ilk gündən həkiminizə məlumat verilsin və virusa qarşı dərman qəbul
edib-etməmək barədə qərar qəbul etsin”, – İvane
Çxaidze bildirir.
Qeyd edək ki, qrip peyvəndini Marneuli “Geo Hospitals”
Xəstəxanasının Doğum və Ambulatoriya Mərkəzində, “MedX”
klinikasında və kənd ambulatoriyalarında vurdurmaq mümkündür.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415