Marneulili şagird Tahir Mahmudov FLEX proqramı çərçivəsində ABŞ-a gedəcək
Marneulidən olan 16 yaşlı Tahir Mahmudov Gələcək Liderlərin Mübadilə Proqramının (FLEX) finalçısıdır.
Tahir 11-ci sinif şagirdidir, müxtəlif layihələrdə fəal şəkildə iştirak edir və eyni zamanda proqramlaşdırma öyrənir. O, FLEX proqramı haqqında ilk dəfə bir neçə il bundan əvvəl anasından eşitdiyini bildirir.

“O vaxt bir o qədər maraqlanmamışdım. 1 il sonra proqrama marağım yarandı və proqram

haqqında az da olsa məlumat toplamağa başladım. İlk öncə anam və sonra dostlarım mənə bu proqramın imkanları haqqında danışdılar. Sonda mən də iştirak etməyə qərar verdim. FLEX proqramına qəbul olmaq üçün bir neçə mərhələdən ibarət olan imtahan və müsahibələrdən keçdim. Bu proses yazılı testlər, inşa yazmaq və qrup fəaliyyətlərini əhatə edirdi. Hər mərhələni uğurla keçdikdən sonra mənə proqramın finalçısı olduğumu bildirdilər”.

Tahirin FLEX proqramına qoşulmaqda məqsədi yeni biliklər qazanmaq, Amerika Birləşmiş Ştatlarının təhsil sistemini öyrənmək və fərqli mədəniyyətlərlə yaxından tanış olmaqdır.

“Finalçı olduğumu öyrənəndə çox həyəcanlandım və qürur hissi keçirdim. Çünki, bu mənim üçün həm böyük bir uğur, həm də yeni imkanların qapısını açan bir addımdır. Bu proqram mənə öz bacarıqlarımı daha da inkişaf etdirmək və beynəlxalq təcrübə qazanmaq imkanı verəcək. İngilis dilimi daha da təkmilləşdirəcək, fərqli təhsil sistemini görüb yeni metodlarla tanış olacağam. Bundan əlavə, liderlik və kommunikasiya bacarıqlarımı yaxşılaşdıracaq, gələcəkdə proqramlaşdırma sahəsində beynəlxalq əlaqələr qurmağıma kömək edəcək”, - Tahir Mahmudov bildirdi.

FLEX Gürcüstandan olan 9-cu, 10-cu, 11-ci sinif şagirdlərinə bir il ərzində Amerika məktəblərində oxumaq və amerikalı ailədə yaşamaq şəraiti yaradır.

Gələcək liderlərin mübadilə proqramı artıq 30 ildən artıqdır ki, Gürcüstanlı şagirdlərə Amerika məktəblərində təhsil almaq şəraiti yaradır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Print ელ. ფოსტა
თეგები: FLEX proqramı Marneuli Tahir Mahmudov
FaceBook Twitter Google