Kəndə Dəstək Proqramı çərçivəsində Baydar və Kürtlər kənd sakinləri hansı məsələnin seçilməsinə qərar verdilər?
Bu gün, 19 fevral tarixində Kəndə Dəstək Proqramı çərçivəsində Kürtlər və Baydar kəndlərində əhali ilə görüş keçirildi.

Görüşə əhalinin səfərbər edilməsi prosesində kənd icra nümayəndəsi iştirak edirdi. İştirakçıların əksər hissəsini kişilər təşkil edirdi. Daha sonra məktəbdən müəllimləri də prosesə qoşulmaqları üçün çağırdılar.

Görüşə başlamazdan əvvəl Maddi-texniki Təminat Xidmətinin rəhbəri Aqil Əmircanov sakinlərə Kəndə Dəstək Proqramı

çərçivəsində maliyyələşdiriləcək layihələrin siyahısını təqdim etdi və sakinlər həmin siyahıya əsasən, onlar üçün prioritet olan məsələyi seçdilər.

Baydar kəndi

Hər iki kənddə görüşün qanuniləşdirilməsi üçün tələb olunan imzalar toplanıldı.

Ötən illə yanaşı, bu il də Baydar kəndində əhali eyni problemin həllini tələb etdi. Qeyd olunan kənd üçün ayrılan 16 000 lari vəsaitə sakinlər küçə işıqlarının quraşdırılmasını istədilər.

Kürtlər kəndinə ayrılan vəsait 20 000 larini təşkil edir və sakinlər bu məbləğ üçün kənd qəbirstanlığının ətrafının hasarlanmasını seçdilər.

Kürtlər kəndi

Prioritetlərin seçilməsi məqsədilə fevralın 10-dan 21-dək əhali ilə görüşlər keçiriləcək. Meriyada yaradılmış üç işçi qrupu əhali ilə görüşlər keçirəcək.

Gürcüstanın regionlarında baş tutacaq layihələrin fondundan Marneuliyə 1 232 000 lari ayrılıb. Məbləğ kəndlərə əhalinin sayına uyğun olaraq bölünüb. Hər kənd üçün minimum məbləğ 10 000, maksimum isə 20 000 laridir.

Maliyyələşdiriləcək layihələrin siyahısı da müəyyən edilib ki, bu da əvvəlki illərdən fərqli olaraq ictimai nəqliyyatı da əhatə edir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
თეგები: Kəndə dəstək proqramı Marneuli
FaceBook Twitter Google