Marneulinin bağça və məktəblərində təhsil prosesi 17 mart tarixində bərpa olunacaq

Marneulinin ictimai məktəb və bağçalarında təhsil prosesi 17 mart tarixində bərpa olunacaq.


Təhsil müəssisələri bir həftədir ki, yaz tətili çərçivəsində istirahət edirlər.

Məktəbəqədər hazırlıq mərkəzlərində də təhsil prosesi bərpa olunacaq. Marneuli miqyasında 30-a yaxın belə mərkəz var və həmin mərkəzlər məktəb binalarında fəaliyyət göstərir.
Marneuli miqyasında ümumilikdə 74 ictimai məktəb, 14 uşaq bağçası var.


 

Print ელ. ფოსტა
თეგები: Bağça Marneuli Məktəb
FaceBook Twitter Google