Marneuli məktəblərində 3, Bolnisidə isə 87 müəllim vakansiyası var

Marneuli və Bolnisi ictimai məktəblərində müəllimlər üçün 90 vakant yer elan olunub.


Vakant yerlər müəllimlər üçün vakansiya saytında yerləşdirilib.

İndiki mərhələdə Marneuli Bələdiyyəsinin ictimai məktəblərində 3 vakant yer var. Ən çox müəllimi isə Bolnisi ictimai məktəbləri axtarır.

Marneulidə Tsereteli, Keşəli kəndi və Marneuli şəhər 2 saylı ictimai məktəbləri müəllim vakansiyası elan edib.

• Marneuli Bələdiyyəsinin Tsereteli kənd ictimai məktəbi - iş saatı həftədə 21 saat, təxmini əməkhaqqı ayda 478-1900 lari
• Marneuli Bələdiyyəsi Keşəli kənd ictimai məktəbi - İş saatı həftədə 16 saat, əməkhaqqı ayda 945 lari
• Marneuli şəhər 2 saylı ictimai məktəbi - iş saatı həftədə 17 saat, təxmini əməkhaqqı ayda 1710-1795 lari

Hazırkı məlumatlara görə, ən çox müəllimi Bolnisidəki təhsil müəssisələri axtarır.

Bolnisidə 20 ictimai məktəbdə ümumilikdə 87 vakant yer var. Həmçinin, Çapala, Akaurta, Naxiduri, Keda, Kvemo Arkevani, Darbaz, Bolnisi, Savaneti, Mamuxti, Talaveri, Tsurtavi, Farizi, Cavşaniani, Muxrana, Xidiskuri, Dzveli Kveşi, Tamarisi kəndi, Bolnisi şəhərinin 1 və 2 saylı, Aşağı Bolnisinin ictimai məktəbləri vakansiya elan edib.

Vakansiyalar iş saatlarının sayını və təxmini əməkhaqqını göstərir. Təfərrüatları öyrənmək üçün buraya daxil olun:

Mövcud vakansiyalardan Bolnisi məktəblərində əksər vakansiyalar təsviri və tətbiqi incəsənət, təbiət elmləri, sosial elmlər, riyaziyyat müəllimləri üçündür.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google