Marneuli Bələdiyyəsi Novruz Bayramına dəvət olunan qonaqlar üçün
15 760 lariyə süfrə açıb.
Yerli özünüidarə fərdi sahibkar Vladimer Kimadze ilə
sadələşdirilmiş müqavilə imzalayıb. Kimadze "Qamatğave"
restoranının sahibidir.
Sadələşdirilmiş müqavilədə qonaqların kimliyi, sayı, qida
məhsullarının siyahısı göstərilmir. Meriya əvvəllər bu sənədi
tenderlərə daxil edirdi, lakin “Marneuli” radiosu oxşar məzmunlu
tenderləri fəal şəkildə dərc etdiyinə görə sənəd sadələşdirilmiş
müqavilələrdən
çıxarılıb.
“Xatırladaq ki, bu il martın 21-də Marneuli meriyasında
Novruz bayramı münasibətilə müxtəlif dövlət struktur bölmələrindən
dəvət olunmuş qonaqlar qəbul olunur. Ona görə də həmin qonaqları
nahar yeməyi ilə qarşılamalıyıq. Xahiş edirik, qonaqların qəbulunu
təmin etmək və alqı-satqı ilə bağlı mövcud qanunvericiliklə müəyyən
edilmiş qaydada tədbirlərin həyata keçirilməsi üçün müvafiq
xidmətlə bağlı tapşırıq verəsiniz” – izahatnamədə
yazılıb.
Büdcədən 15 760 lari ayrılması barədə sərəncamı Marneuli meri Kənan
Ömərov imzalayır.
Marneulidə Novruz Bayramı şənliyi 156 450 lariyə başa gəlib.
Tədbirdə “Gürcü Arzusu”nun prezidenti Mixeil Kavelaşvili, baş nazir
İrakli Kobaxidze, Parlamentin sədri Şalva Papuaşvili və digər
nümayəndələr iştirak ediblər.
Örtük şəkli: 21 mart 2025-ci il, Novruz Bayramı tədbirindən
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415